Главная > Cəmiyyət > Hacı Mərəhmət Mustafayev: Milli dövlətçilik tariximizin intibah mərhələsi

Hacı Mərəhmət Mustafayev: Milli dövlətçilik tariximizin intibah mərhələsi


15-07-2023, 10:51. Разместил: admin


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayevdir.

Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hacı Mərəhmət Mustafayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hacı Mərəhmət Mustafayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev - Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.

Müdrik dövlət xadiminin 54  il əvvəl – 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir”.

- 1969-cu ilədək SSRİ-nin tərkibində bütün sahələr üzrə geridə qalmış respublikalar sırasında olan Azərbaycanın inkişafı istiqamətində sistemli addımlar atıldı. Sənaye müəssisələrinin yaradılması, xüsusilə də neft sənayesinin inkişaf etdirilməsi, yeni istehsalat sahələrinin yaradılması, nəhəng tikinti-quruculuq işlərinin həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan verdi;

- Peşəkar və milli kadrların yetişdirilməsi diqqət mərkəzində saxlanıldı. Azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Xüsusilə də, milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı;

- 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsinin daxil edilməsi isə böyük mənəvi, siyasi və ideolji əhəmiyyətə malik idi. Bu, həm ana dilinin mühafizəsi və təbliği, həm də azərbaycançılığın təşviqi baxımından böyük önəm daşıyırdı.

Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, yüksək inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Bu mərhələdə həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü. Ümummilli Liderimizin qeyd etdiyi kimi: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

Bugünkü qalib və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin möhtəşəm təntənəsidir.



Вернуться назад