Главная > Cəmiyyət > İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İctimai nəqliyyatın hərəkəti bərpa olundu7-09-2020, 09:59. Разместил: admin |
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi. Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək; 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək; 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır. Bakı metrosu isə sentyabrın 15-dək işləməyəcək. Вернуться назад |