Главная > Cəmiyyət > Hacı Ruslan Həsənov: İnkişaf və modernləşmə yolu ilə

Hacı Ruslan Həsənov: İnkişaf və modernləşmə yolu ilə


5-06-2023, 15:19. Разместил: admin


102xeber.az saytının Təsisçisi Baş Redaktoru, 102xeber.com saytının Rəhbəri, Beynəlxalq ictimai.az Saytının Təsisçisi və Baş Redaktoru Məxfi Fikir.az Saytının Təsisçisi, Məxfi Fikirlər Qazetin Təsisçisi Baş Redaktoru, 102xeber.tv-nin Təsisçisi Hacı Ruslan Həsənov -  Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti, Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsi, sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazanılan böyük zəfər "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Ulu Öndər Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Məhz, ölkə başçısı İlham Əliyevin milli inkişaf siyasəti nəticəsində Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyir. Dövlət Başçımızın verdiyi məqsədyönlü, qətiyyətli qərarlar sayəsində Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə həkk olunan 44 günlük savaşdan sonra işğaldan azad edilən ərazilər bərpa edilir. İllərlə mənfur düşmənin tapdağı altında qalan əzəli-əbədi torpaqlarımız, yurd yerlərimiz Azərbaycan dövlətinin, xalqının əzmi, gücü, qətiyyəti ilə cənnətə cevrilir.

Haqq savaşından keçən müddət ərzində tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd edən Ali Baş Komandan, Prezident İlham Əliyev mayın 28-i Müstəqillik Günündə Laçında öz doğma yurd-yuvalarına qayıdan əhali ilə görüşdü. İlk 20 ailənin Müstəqillik Günündə Laçında məskunlaşması düşmənin viran qoyduğu ərazilərin yenidən dirçəldiyinin real təsdiqi oldu.

Ələmatdar gündə Prezident İlham Əliyevin Laçına qayıdan əhali ilə görüşündə qeyd etdiyi kimi :“Azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub”

Bəli, düşmənin işğal etdiyi, vəhşicəsinə dağıtdığı, etnik təmizləməyə məruz qoyduğu Laçın rayonu da Şuşa, Ağdam, Çəbrayıl, Fizuli, Zəngilan, Qubadlı kimi sürətlə dirçəldilir, yol, enerji, su və digər kommunikasiya layihələri gerçəkləşdirilir. Səfər çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının açılışı, Qorçu və Şəlvə kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimləri, Aqro və Sənaye Parkında və Zabux kəndində aparılan tikinti işləri, Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin və “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışı, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması, Laçın şəhərinin Baş planı təqdim olunması laçınlıların timsalında hər bir elini-obasını sevən Azərbaycanlının qəlbini sevinclə doldurdu.

Müstəqil Azərbaycan dövlətinin uğurlu siyasəti sayəsində möhtəşəm zəfərlərə imza atan ölkəmiz bu gün 30 il ərzində erməni terrorçularının işğalıında qalan kəndləri, şəhərləri yenidən bərba edir. “Böyük Qayıdış” proqramının həyata keçirilməsi bu torpaqlara yeni nəfəs verir, illərlə köçkün taleyi yaşayan soydaşlarımız artıq öz yurdlarına qayıdırlar. İşğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və aktiv məşğulluq proqramları icra olunur. Kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatları yaradılır, insanların məşğulluğu təmin edilir.

"Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”- deyərək, qətiyyətli mövqeyini bildirən Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsədləri xalqımızın milli maraqlarına söykənməsi sayəsində reallığa çevrilir.



Вернуться назад