Главная > Cəmiyyət > Müəllimlərin sertifikasiya imtahanlarının vaxtı açıqlandı

Müəllimlərin sertifikasiya imtahanlarının vaxtı açıqlandı


18-05-2023, 12:07. Разместил: admin
Müəllimlərin sertifikasiya imtahanlarının vaxtı açıqlandı


Müəllimlərin sertifikasiya imtahanının test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb.

Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. 

O qeyd edib ki, imtahanların test mərhələsi iyunun 20-24-də olacaq. 

E.Bağırov əlavə edib ki, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək:

“İmtahanlar 31 mərkəzdə keçiriləcək”.


Вернуться назад