Главная > Cəmiyyət > Zod qızıl mədəni fəaliyyətini dayandırıb - Nə baş verir?

Zod qızıl mədəni fəaliyyətini dayandırıb - Nə baş verir?


4-05-2023, 14:46. Разместил: admin
Zod qızıl mədəni fəaliyyətini dayandırıb - Nə baş verir?


Basarkeçərdəki Zod “Sotski” qızıl mədəni  fəaliyyətini dayandırıb. İşçilər məcburi ödənişli məzuniyyətə göndərilib.

Bu barədə Zod qızıl mədənini işlədən "GeoProMining" şirkəti məlumat verib.

“Biz işi bərpa etmək üçün səkkiz-doqquz dəfə cəhd etdik, lakin nəticəsiz oldu. Ondan sonra şirkət işçilərini mayın 15-dək məcburi ödənişli məzuniyyətə göndərmək qərarına gəlib”, - məlumatda deyilir.

Mədənin fəaliyyətini dayandırmasına səbəb onun Azərbaycanla Ermənistan arasında sərhədin həmin ərazidən keçməsidir. Bu səbəbdən də  "GeoProMining" şirkəti aprelin 23-dən  etibarən işini dayandırıb.


Вернуться назад