Главная > Cəmiyyət > Nailə Nəsirova: Zirvələrə yüksələn Zərif insan ömrü - Ehtiramla yad edirik!

Nailə Nəsirova: Zirvələrə yüksələn Zərif insan ömrü - Ehtiramla yad edirik!


28-04-2023, 10:31. Разместил: admin
İlqar Nəzərov: Zirvələrə yüksələn Zərif insan ömrü - Ehtiramla yad edirik!



“Bakı şəhəri Sabunçu rayonunun Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova  - Azərbaycan tarixində bir çox sahələr üzrə öz şərəfli peşəsində böyük uğurlara imza atmaqla xalqımızın əbədi ehtiramını və sevgisini qazanan şəxsiyyətlər vardır. Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan Zərifə xanım Əliyeva da nəcib insanlardan biri kimi milyonların qəlbində dərin ehtiramla, rəğbətlə xatırlanan dəyərli insandır.Akademik Zərifə Əliyeva nurlu şəxsiyyətində Uca Yaradanın yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Zahiri və daxili gözəllik, mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun xarakterində cəmləşmişdi. İnsanpərvər, xeyirxah, mehriban insan olaraq hamının dərdini, problemini özününkü hesab etməyi bacarır, insanları sevirdi. Bütün bunlarla yanaşı, o, həm də oftalmologiya elmi sahəsində söz sahibi olan nüfuzlu alim idi. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir. Görkəmli alimin yazıb-yaratdığı monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Bir daha məlum olur ki, Zərifə Əliyeva uzun illər gərgin elmi-praktik çalışmaları ilə peşə təcrübəsini artırarkən belə bir sadə həqiqət formulunu həyatının devizinə çevirmişdir: həqiqi elm həyata, Vətənə, xalqa xidmət vasitəsidir.1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Beləliklə, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Professorun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivitləri” və s. Məhz bu məsələlərə həsr olunmuşdur.

Azərbaycanda tibb sahəsindəki bu cür yüksək xidmətlərinə və nəcib insani keyfiyyətlərinə görə Zərifə xanım Əliyeva sadəcə birgə çalışdığı həkim kollektivimin yanında deyil, bütün xəstələrin və xalqımızın böyük sevgisini qazanmışdır. Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyev çox qayğıkeş ana kimi ölkəmiz üçün layiqli övladlar yetişdirib. Möhtərəm Sədr, dövlətimizin başçısı kimi güclü siyasi Lideri dünyaya gətirən Zərifə xanım Əliyevanın nəciblik,xeyirxahlıq, insanlara qayğı və digər bütün səmimi missiyaları bu gün həyatımızın demək olar ki,bütün sahələrində cənab Prezidentin ən yaxın silahdaşı, dostu, ömür-gün yoldaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Bul il- mötəbər bir ildə- Heydər Əliyev İlində ölkəmizdə cənab Prezidentin müvafiq Sərəncamı ilə Zərifə xanım Əliyevanın 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur.Ölkəmizin bütün bölgələrində elmi-kütləvi konfranslar, tədbirlər keçirilir və Zərifə xanım Əliyevanın mənalı ömür yolu, iş fəaliyyəti, xeyirxahlıq missiyası vətəndaşlarımız, xüsusilə gənclərimiz arasında layiqincə təbliğ olunur. Çünki biz tariximizi dərindən öyrənməli, tarixə öz adlarını qızıl hərflərlə yazdıran şəxsiyyətlərimizi daha yaxından tanımalıyıq.  Azərbaycan dövləti və xalqı heç zaman dövlətimiz, Vətənimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan şəxsiyyətlərini unutmur, əbədi olaraq onların xatirəsini yad edir və əziz tutur.

Вернуться назад