Главная > Cəmiyyət > Mürsəl Eminov: Ulu Öndər bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrətdi

Mürsəl Eminov: Ulu Öndər bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrətdi


25-04-2023, 12:15. Разместил: admin




Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov- Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Heç şübhəsiz müasir müstəqil Azərbaycan dövləti hazırki inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı problemlərlə, situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və birlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyinə, müstəqil Azərbaycanın tərəqqisinə nail olub. Şübhəsiz bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə olunmasında lider faktoru əvəzolunmaz rol oynayıb.

Mürsəl Eminov: Ulu Öndər bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrətdi


Təbii ki, hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı qazanmaq nəsib olmur. Bunun üçün fitri istedada malik olmaq, Tanrının bəxş etdiyi ömrü xalqının yaxşı yaşaması yolunda şam kimi əritmək lazımdır. Bəli, Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə odur ki, Ümumilli liderimiz ömrünü xalqının azadlığı, istiqlalı, vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mübadiləsini zəfərlə başa çatdırdı. Qədim tarixə, dövlətçilik ənənələrinə, zəngin mədəniyyətə malik olan xalqımız əsrlər boyu yadellilərin işğalçılıq siyasətinin qurbanına çevrilərək böyük əzab əziyyətlə üzləşmişdir. 1969-cu ildə ulu öndərimiz Heydər Əliyev Respublikamıza rəhbərliyə gəldiyi gündən Azərbaycanın müstəqilliyi, xalqımızın öz haqqına sahib çıxması ugrunda mübarizəyə başlamış və bu işi böyük uzaqgörənliklə aparmışdır. Nəticədə Azərbaycan ən böyük nəaliyyətə imza atdı - dövlət müstəqilliyi qazandı. Müstəqilliyimizin ilk illərində ümumilli liderimizin siyasi hakimiyyətdən kənarda qalması Azərbaycanı ciddi təhlükələrlə üz üzə qoydu ki, bunun da başlıca səbəbi səriştəsiz, şəxsi maraqları hər şeydən üstün tutan şəxslərin ən ali vəzifələrdə təmsil olunmaları idi. Lakin müdrik Azərbaycan xalqı baş verən hadisələrə biganə yanaşmayaraq öz liderinə qovuşmaq üçün bütün imkanları səfərbərliyə aldı. Nəticədə xalqımızın iftixarı, qüruru, əvəzedilməz tarixi şəxsiyyət Heydər Əliyev yenidən Azərbaycana rəhbərliyə gəldi və bununla da böyük uğurların əsası qoyuldu. Xalqın çoxsaylı xahişləri, təkidli tələb və müraciətləri ilə yenidən siyasi hakimiyyətə qayıdan ümumilli liderimiz Azərbaycanı təhlükələrdən, parçalanmaq, yenidən hansısa ölkənin müstəmləkəsinə çevrilmək qorxusundan xilas etdi. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz çox böyük uğurlar qazandı. Uzaqgörən siyasətçi Azərbaycanın sürətli, hər tərəfli və uzunmüddətli inkişaf strategiyasını hazırladı.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirə salınmaz tədbirlər nəticəsində milli ordu yaradıldı, sosial-iqtisadi inkişafa, möhkəm əsaslara söykənən sabitliyə nail olundu.



Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi dahi öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Onun ictimai-siyasi və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, hələ sovet dövründə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmışdır. Müstəqilliyimizin ilk illərində isə dövlətçiliyimiz üçün təhlükə yarananda xarici qüvvələrin, daxildəki əlaltıların pozuculuq fəaliyyətinin təxribatlarının qarşısını ala bilmişdir. Sonrakı dövrdə ölkəmizdə sabitliyi və əmin-amanlığı formalaşdırmış, Azərbaycanın güdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.
"Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam"- deyən ümumilli liderin hazırladığı mükəmməl strategiya ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsi, mövcud təbii sərvətlərin hər bir vətəndaşın mənafeyinə xidmət etməsi üçün ciddi əsaslar formalaşdırır, cəmiyyətin siyasi-hüquqi cəhətdən təkmilləşdirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə şərait yaradırdı.
Beləliklə, Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdü. O, tarixə düşməklə yanaşı, həm də şərəfli bir tarix yolu yazdı. Xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə apardı. Şərəfli, mənalı ömür yolu keçdi. Bütün ömrünü xalqın yaxşı yaşaması, ümumiyyətlə, dinindən, dilindən, siyasi baxışlarından, milliyətindən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi üçün apardığı mübarizəyə həsr etdi. O təkcə Azərbaycanda deyil, bütün dünyada insanlara ən böyük dəyər verən şəxsiyyət kimi tarixə düşdü. Humanist, qayğıkeş, hər kəsə layiq olduğu qiyməti verməyi bacaran insan kimi tanındı.
"Mən gələcək nəsillərə çox güclü, güdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm"- deyən, ulu öndər Heydər Əliyev dediyi sözə əməl etdi. Ulu öndərə həm də ona görə minnətdarıq ki, o böyük zəhmətlər hesabına qurduğu müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək cənab İlham Əliyev kimi güclü bir siyasətçi yetişdirdi. Ona və onun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inandı.



Son illər ölkəmizdə qazanılan uğurların fonunda bu inamın, etimadın doğrulduğunun şahidiyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin edilməsi ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurla davam etdiyini göstərir. Belə ki, Azərbaycan çox böyük nəaliyyətlər qazandı. Ölkəmiz bir çox sahələrdə, xüsusilə iqtisadi inkişafda regionun lideri oldu. Qazanılan uğurlar ilbəil artır. Bu il dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ili "Heydər Əliyev  ili" elan etmişdi.
Bu günkü azad, demokratik, güclü və güdrətli Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir.
Azərbaycan tarixinin şanlı səhifələrini yazan Heydər Əliyevin keçdiyi həyat yolu bizə və gələcək nəsillər üçün əvəzsiz nümunədir.



Вернуться назад