Главная > Cəmiyyət > Rayonlara gediş-gəliş bərpa edilə bilər? — AÇIQLAMA

Rayonlara gediş-gəliş bərpa edilə bilər? — AÇIQLAMA


31-08-2020, 13:25. Разместил: admin
Rayonlara gediş-gəliş bərpa edilə bilər? — AÇIQLAMA


Rayonlara gediş-gəlişin bərpa edilməsi ilə bağlı qərarı Nazirlər Kabineti yanında operativ qərargah verəcək.
Bu sözləri Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev sentyabrın 15-dən etibarən təhsil və təlim prosesinin bərpa olunması ilə əlaqədar regionlardan paytaxta gediş-gəlişə icazə ilə bağlı məsələyə də toxunub:
“Ali təhsil müəssisələrində onlayn təhsil nəzərdə tutulub. İbtidai siniflərə əyani təhsilin isə regionlara gediş-gəlişin bərpası ilə əlaqəsinin olmadığını düşünürəm. Çünki, onlar yaşadıqları, qeydiyyatda olduqları mənzillərdədirlər. Ona görə onların məktəbə getməsində problem olmayacaq.

Əgər kimsə xüsusi karantin rejimi tətbiq olunmazdan öncə rayonlara gedibsə, yəqin ki, həmin şəxslərin artıq qayıdıb yaşadıqları yerdə uşaqlarının tədris müəssisələrinə getməsi ilə bağlı hər hansı əlavə tədbirlər barədə məlumat verilər. Biz icraedici orqanıq. Hazırda bu istiqamətdə proqnoz vermək, operativ qərargahın adından fikir səsləndirmək düzgün olmaz. Operativ qərargah bu istiqamətdə yekun qərar verəndə biz də icraçı orqan olaraq həmin qərardan irəli gələn tədbirləri yerinə yetirəcəyik”.


Вернуться назад