Главная > Cəmiyyət > Vüqar Abbasov: Məqsədimiz "Cahan Holdinq"in fəaliyyət dairəsini daha da genişləndirərək bütün cahanda sayılıb seçilən şirkətlərdən olmaqdır
Vüqar Abbasov: Məqsədimiz "Cahan Holdinq"in fəaliyyət dairəsini daha da genişləndirərək bütün cahanda sayılıb seçilən şirkətlərdən olmaqdır15-11-2022, 13:48. Разместил: admin |
1993 cü ildən bəri Azərbaycanda ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi islahatlar öz məntiqi nəticələrini göstərməkdədir. Ölkəmiz bazar iqtisadiyyatı yolunda inamla irəliləyir, dünya və xüsusilə də Avropaya inteqrasiya prosesi getdikcə sürətlənir. Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu, azad sahibkarlığa geniş imkanlar yaradılması, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısı ölkə iqtisadiyyatının inkişafına təkan verir. Cəmiyyətin avanqard qüvvəsinə çevrilmiş sahibkarlıq bu inkişafın ön sıralarında gedir. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi altında başlanmış və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından bəhrələnən şirkətlər sırasında "Cahan Holdinq" də var. Fəaliyyəti dövründə "Cahan Holdinq" biznesin bir çox sahələrində uğurlar qazanıb. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən "Cahan Holdinq" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. “Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sahibkarlığın inkişafına, yeni istehsal sahələrinin yaradılmasına xüsusi diqqət və qayğı göstərilir. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abasov da Azərbaycanda biznesin inkişafına yaradılan şəraitdən faydalanan sahibkarlardandır. Onun sözlərinə görə, ötən illər ərzində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı kiçik bir şirkətdən istehsal, ticarət, xidmət, inşaat sektorlarını əhatə edən böyük bir quruma çevrilə bilib. Hazırda bu qurumun tabeliyindəki müəssisələrin istehsal etdiyi məhsullar təkcə Azərbaycanda istehlak olunmur, həmçinin xaricə də ixrac edilir. Məqsədimiz "Cahan Holdinq"in fəaliyyət dairəsini daha da genişləndirərək bütün cahanda sayılıb seçilən şirkətlərdən olmaqdır. “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov - Ulu öndər Heydər Əliyev Konstitusiyanın qəbul edilməsi üçün mühüm addımlar atdı. Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın ən ülvi arzusunun reallaşması idi. Ancaq o dövrki hakimiyyətin yarıtmaz faliyyəti və Ermənistanın xarici qüvvələrin dəsdəyi ilə Azərbaycana hərbi təcavüzü əldə edilmiş dövlət müstəqilliyimizi sual altına almışdır. Belə bir çətin dövürdə xalqımızın Ümummillli Lideri Heydər Əliyev xalqımızın təkidli tələbi və çoxsaylı müraciətlərini nəzərə alraq, Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdmağa razılıq verdi və siyasi hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə Respubilkada mövcud olan hərcmərcliyi aradan qaldırdı, ictimai-siyasi sabitliyi təmin etdi, ayrı-ayrı siyasi qüvvələrə xidmət edən başıpozuq silahlı dəstələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırdı və Ermənistanın silahlı qüvvələrinə döyüş meydanında tutarlı zərbələr endirməklə atəşkəsə razılıq vermələrinə məcbur edə bildi. Kənar qüvvələrin güclü təzyiqlərinə baxmayaraq Azərbaycanın inkişafını təmin etmək məqsədilə 20 sentyabr 1994-cü ildə Böyük Neft Kontraktının imzalanmasına nail ola bildi. Ulu öndər Heydər Əliyev olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq fitri qabiliyyəti, böyük dövlətçilik təcrübəsinə əsaslanaraq müasir dünyaya inteqrasiya edə biləcək Azərbaycanın müstəqil dövlət olaraq modelini müyyənləşdirdi. Eyni zamanda müasir dünyanın qəbul edə biləcəyi qanunvericilik bazasını formalaşdırmaq istiqamətində qətiyyətli qərarlar qəbul etdi. Müstəqil Azərbaycanın qanunvericiliyinin əsasını təşkil edən “ana qanun” adlandırılan Konstitusiyanın qəbul edilməsi üçün mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyevin məqsədi bu idi ki, bütün sahələrdə münasibətləri tənzimləyən, dövlət idarəetmə sistemindən tutmuş beynəlxalq münasibətlərin əsaslarını özündə ehtiva edən bir Konstitusiya layihəsi hazırlansın və xalqın müzakirəsinə çıxarılaraq qəbul edilsin. Bunun üçün isə hüquq sisteminin müxtəlif sahələri üzrə yüksək peşakarların təmsil olunduğu xüsusi komissiyanın yaradılmasına ehtiyac var idi.Yuxarıda qeyd olunanları nəzərə alaraq Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyanın layihəsinin hazırlanması məqsədi ilə özünü sədri olduğu xüsusi komissiyanın yaradılması haqqında Sərəncam imzaladı və bu komissiya mütamadi toplaşaraq Konstitusiya layihəsini müzakirə etdi və mükəməl bir sənət kimi xalqın müzakirəsinə çıxardı.12 noyabr 1995-ci il tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respubilkasının müstəqil dövlət olaraq ilk Konstitusiyası qəbul edildi. Вернуться назад |