Главная > Cəmiyyət > Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi — RƏSMİ
Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi — RƏSMİ29-08-2020, 12:51. Разместил: admin |
Sentyabrın 15-dək metro barədə hər hansı müvafiq qərarın veriləcəyi gözlənilir. Oxu.az Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, metronun fəaliyyəti potensial riskdir: “Metronun havalandırma sistemi, digər məqamlar risk faktoru kimi qiymətləndirilir. Bu, dünya praktikası ilə müqayisə edilir. Amma bütün hallarda sentyabrın 15-dək metronun fəaliyyəti müzakirə ediləcək. Bu sahədə daha fərqli qiymətləndirmənin və qərarların alınacağı da istisna edilmir”. Вернуться назад |