Главная > Cəmiyyət > Azərbaycanda “TikTok”a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA + VİDEO
Azərbaycanda “TikTok”a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA + VİDEO13-10-2022, 12:47. Разместил: admin |
Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-dən etibarən “TikTok” sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Səbəb ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyan məlumatların yayılması olub. Ötən gün “TikTok” sosial şəbəkəsindən istifadə ilə bağlı yeniliyin olması deyilsə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu təkzib edib. Qurumdan Baku.Ws-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə “TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar tərəfindən ictimaiyyətə məlumat veriləcək. Bəzi istifadəçilər üçün aylıq qazanc mənbəyinə çevrilən “TikTok”un bir müddətdir bağlı qalması həm dəstəklənir, həm də etirazla qarşılanır. Lakin istənilən halda azyaşlıların bu şəbəkədən nəzarətsiz istifadəsi böyük narahatlıq yaradır. Sosioloq Rəşad Əsgərov AzTV-yə bildirib ki, platformanın ən mənfi cəhəti dezinformasiyaların yayılmasıdır: “Bəzi konkret qaydalar tətbiq olunmadığından azyaşlı uşaqlar və məktəblilər də “TikTok”dan istifadə edirlər. Sosial şəbəkələrə girişin qarşısını almaq üçün qanunvericiliklə məhdudlaşdırılmalıdır. Eyni zamanda yaş məhdudiyyətini özündə əks etdirən pasport və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat gündəmə gəlməlidir”. <embed src='https://baku.tv/embed/62755' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed> Вернуться назад |