Главная > Cəmiyyət > Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama

Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama


27-08-2020, 10:22. Разместил: admin
Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama


Bakıda bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülər haqda rəsmi açıqlama verilib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bir qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar:

“Ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb. Onların ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.

Qeyd edək ki, qadınlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısındakı yolu bağlamağa cəhd ediblər. Onlar iddia edib ki, şikayətlərinə heç bir məmur baxmır.


Вернуться назад