Главная > Cəmiyyət > AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldı
AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldı4-10-2022, 12:37. Разместил: admin |
“Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”. Bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur. Akademik onu da əlavə edib ki, yeni strukturda işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir. AMEA-nın hüquqi statusuna da toxunan İsa Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır. Вернуться назад |