Главная > Cəmiyyət > İkram Vəliyev: Azərbaycan uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır
İkram Vəliyev: Azərbaycan uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır3-10-2022, 10:46. Разместил: admin |
Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyev -Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 19 ildə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır. Dövlətinə, xalqına xidmət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanırdı. Hazırda xalqımız bu xidmətin davamını Prezident İlham Əliyevin fəaliyyətində görür və Onun ətrafında sıx birləşib. Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanların ildönümü qeyd olunduTorpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qaraxıdır kənd sakini Abdullayev Səməd Sədiyar oğlunun, Yeniarx kənd sakini Məmmədov Pərvin Rza oğlunun və İkinci Ərəbcəbirli kənd sakini Məmmədov Xəyal Arif oğlunun ildönümləri məzarı önündə qeyd olundu. Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Ədalət Dövlətov, Milli Məclisin deputatı Sabir Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər. Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi. Həmçinin tədbirdə şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidləririn ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 44 günlük Vətən müharibəsinin şəhidi Elvin Məmmədovun ildönümü qeyd olunduTorpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ləkçılpaq kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Elvin Mübariz oğıu Məmmədovun ildönümü məzarı önündə qeyd olundu. Tədbirdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Milli Məclisin deputatı Sabir Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi. Həmçinin tədbirdə şəhid Elvin Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Qeyd olunub ki, şəhid Elvin Məmmədov 26.02.1996-ci il tarixdə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 01 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Вернуться назад |