Главная > Cəmiyyət > Sentyabrın 15-də avtobuslarda gediş haqqı artırılacaq? - Məsələyə aydınlıq gətirilib - VİDEO

Sentyabrın 15-də avtobuslarda gediş haqqı artırılacaq? - Məsələyə aydınlıq gətirilib - VİDEO


1-09-2022, 16:00. Разместил: admin
Sentyabrın 15-də avtobuslarda gediş haqqı artırılacaq? - Məsələyə aydınlıq gətirilib - VİDEO


"Hazırda şirkətimiz gündəlik 40000 manat ziyanla işləyir".

Bu sözləri xəzər xəbər-ə sərnişindaşıma ilə məşğul olan sahibkar deyib.

Sərnişindaşıyanlar narazılıq edirlər. Deyirlər ki, pandemiyadan sonra yaranan vəziyyət onları çıxılmaz vəziyyətdə qoyub. Maliyyə baxımından çətinlikləri var. Avtobusların ehtiyyat hissələri isə 2-3 dəfə baha qiymətə satılır:
"Qarajda təmir səbəbindən saxlanılan çoxlu sayda avtobus var. Maddi durum onları təmir etməyə imkan vermir. Ehtiyac olduğuna görə 16-17 avtobus təmir edib xəttə buraxırıq. günü-gündən vəziyyətimiz pisləşir. Bu cür davam edərsə şirkət iflasa uğrayacaq".

Daşıyıcı şirkətlərin rəhbərləri çıxış yolunu qiymət artımına getməkdə görürlər. Təbii ki, buna qərarı tarif (qiymət) şurası verir. 

Yaxın günlərdə yeni tədris ilinin başlanacağını nəzərə alsaq, bu zaman ictimai nəqliyyata tələb birə-beş artacaq. Bəs indiki məqamda Bakı Nəqliyyat Agentliyi (BNA) nə düşünür?

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki, baş verənlərdən məlumatlıdırlar. Vəziyyət bu cür davam edərsə sərnişindaşımada mənfi təsirlər gözləniləndir. Məsələni tənzimləmək üçün qurum tərəfindən yeni mexanizm hazırlanıb və yaxın vaxtlarda işə salınacaq. Bu model həm də şirkətlərin maliyyə dayanıqlığını təmin edəcək. 

<embed width="640" height="360" src="https://player.olke.az?v=9727&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


Вернуться назад