Главная > Cəmiyyət > AHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLAR
AHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLAR3-08-2022, 12:00. Разместил: admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev imzalayıblar. S.Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini bildirib. O, 2021-ci ildə 16 mindən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, bu göstəricinin proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 14 dəfə çox olduğunu diqqətə çatdırıb. Son 4 ildə 50 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaratdığını deyib. Nazir proqramın icrasında xüsusilə şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verildiyini vurğulayıb. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyalardan olan 8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu qeyd edib. S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsi işlərində sosial tərəfdaşlarla, o cümlədən AHİK-lə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib. Sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstəyin növbəti ifadəsi olan yeni memorandumun bu sahədə əməkdaşlığı davam etdirməyə əsas yaratdığını vurğulayıb. AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərdən ətraflı söhbət açdı. Qeyd etdi ki, həssas qrupların özünəməşğulluğuna xüsusi diqqət yetirilir, onların sosial müdafiəsi və həyat şəraitlərinin yüksəlməsi üçün bütün imkanlar səfərbər olunur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daim bu proqramlara qoşulur və dəstək olur, bundan sonra bu sahədəki fəallığını daha da artırır, ölkə başçısının sosial sahədəki siyasətinə və çağırışlarına daim dəstək olur. AHİK sədri onu da vurğuladı ki, bütün dövlət və qeyri-hökumət təşkilatları sosial müdafiəyə ehtiyacı olan bütün vətəndaşlarımızı daim öz diqqət və qayğılarının əhatəsində saxlamalıdır. Qeyd etdi ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da nümunəyə çevrilib. Sonra Səttar Möhbalıyev pandemiya dövründə, Vətən Müharibəsi və sonrakı dövrdə AHİK və üzv təşkilatlar tərəfindən görülən tədbirlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən bugünədək 18295540 manat vəsait sərf olunub. O cümlədən aztəminatlı ailələrə 5545406 manat, maddi yardım formasında 9646554 manat, qoruyucu vasitələr üçün 1765608 manat xərclənib. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 632972 manat, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə 705000 manat, “Yaşat” Fonduna 658870 manat vəsait köçürülüb. AHİK sədri qeyd etdi ki, 2020-ci ildən hal-hazıradək orduya, cəbhə bölgəsinə, şəhid ailələri və qazilərə ümumilikdə 9842834 manat vəsait sərf olunub. O cümlədən Silahlı Qüvvələrə Yardım Fonduna 1036815 manat, şəhid ailələri və qazilərə 2816265 manat yardım olunub. “Qarabağ Dirçəliş” Fonduna 658000 manat, Naxçıvan MR-na 250000, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə isə 1765724 manat vəsait yardım edilib. Ümumilikdə bu məqsədlər üçün 28138374 manat AHİK və üzv təşkilatlar tərəfindən maddi yardımlar olunub. S.Möhbalıyev AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq gündəliyinin geniş olduğunu qeyd edib. Son vaxtlar həssas qrupların özünüməşğulluğunun dəstəklənməsi üzrə də əməkdaşlıq təcrübəsi formalaşdığını bildirib. İmzalanan yeni sənədin ölkəmizdə həssas əhali qruplarının sosial dəstəklə təminatı işlərində Konfederasiyanın da yaxından iştirak etdiyinin növbəti göstəricisi olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, ötən il də həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi işlərinə Konfederasiya tərəfindən dəstək göstərilib. Bu dəstək çərçivəsində həssas qruplardan olan 27 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Həmin şəxslərdən 14-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. İmzalanan yeni Memorandum da həssas qrupların özünüməşğulluğunun təşkilində, proqram iştirakçıları üçün özünüməşğulluq istiqamətinin seçilməsində, biznes-planın hazırlanması və təlimlərin keçirilməsinə dəstək verilməsində, proqram iştirakçılarına aktivlərin təqdim edilməsində, biznes planların icrasının monitorinqində və s. iki qurum arasında əməkdaşlığı nəzərdə tutur. Вернуться назад |