Главная > Cəmiyyət > Dəyişikliklərdən sonra AMEA-dan ilk AÇIQLAMA
Dəyişikliklərdən sonra AMEA-dan ilk AÇIQLAMA29-07-2022, 12:59. Разместил: admin |
“Akademiyanın tərkibində olan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür. Onlara elmi-metodiki köməklik göstərmək isə Akademiyanın fəaliyyət istiqamətkləri sırasındadır”. "Report" xəbərinə görə, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. O bildirib ki, xüsusən elmi istiqamətlərin, proritetlərin müəyyən olunması, istiqamətlənidirilməsi AMEA tərəfindən yerinə yetiriləcək: “AMEA bundan sonrakı fəaliyyətində ölkə üzrə elmi ekspertiza məsələlərini yerinə yetirmək səlayiyyətlərini özündə saxlayır”. İ.Həbibbəyli söyləyib ki, yeni format yeni liderlər yetişdirəcək. Вернуться назад |