Главная > Cəmiyyət > Səttar Möhbalıyev: “Xalqımızın rifah halının yüksəldilməsi ötən altı ayda da dövlət siyasətinin əsas istiqamətlərindən biri olub”
Səttar Möhbalıyev: “Xalqımızın rifah halının yüksəldilməsi ötən altı ayda da dövlət siyasətinin əsas istiqamətlərindən biri olub”18-07-2022, 10:20. Разместил: admin |
“İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiqləyir ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu ilin birinci yarısında da uğurla davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft-qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə böyük nailiyyətlər əldə olunub, sənaye məhsullarının ixracı potensialı artıb, həmçinin yeni müəssisələr yaradılıb, daimi iş yerləri açılıb. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir. Məlumdur ki, hazırda dünyada baş verən ziddiyyətli proseslər qlobal iqtisadiyyata da öz mənfi təsirini göstərməkdədir, dünya bazarlarında başlıca əmtəələr üzrə qiymətlər artır. Bunun fonunda ölkəmizdə süni qiymət artımının qarşısının alınması istiqamətində müvafiq qurumlar tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Həmçinin müşavirədə qeyd olunduğu kimi, antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icra edilir. Aydın görürük ki, bütün bu məsələlərə dövlətimiz tərəfindən ciddi nəzarət olunur və nəticələr də müsbətdir. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Son zamanlar əməkhaqlarında baş verən 14 faiz artım, həmçinin pensiyaların 10 faizdən çox artırılması bunu deməyə əsas verir”. Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. “Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmizin qlobal mövqeləri möhkəmlənib, nüfuzu artıb, beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imicini qazanıb. İlin birinci yarsına nəzər salsaq, görərik ki, bu müddət ərzində də ölkəmizin xarici siyasəti uğurlu olub, həm beynəlxalq və regional təşkilatlarla, həm də ayrı-ayrı dövlətlərlə münasibətlərimiz genişlənməkdədir. Prezident İlham Əliyev müşavirədə Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi məsələsinə toxundu. Məlumdur ki, Azərbaycan bu missiyanı uğurla icra edir. Hazırda Hərəkat Azərbaycanın effektli və səmərəli sədrlik fəaliyyəti nəticəsində qüdrətli dövrünü yaşayır və dünyada böyük söz sahibinə çevrilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda irəli sürdüyü ədalətli və aktual təşəbbüslər qurumu əhəmiyyətli beynəlxalq platformaya çevirməklə yanaşı, ölkəmizin də dünya dövlətləri arasında nüfuzunun artmasına gətirib çıxarıb. Ölkəmiz həmçinin İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında fəal təmsil olunur, Avropa İttifaqı ilə münasibətləri genişlənir”, - Milli Məclisin deputatı bildirib. “Dövlətimizin başçısı Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə üzərinə götürdüyü öhdəliklərdən yayınması hallarına da diqqət çəkdi. Məlumdur ki, ölkəmizin parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində məhv edilmiş Ermənistan ordusunun tör-töküntüləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində qalmaqdadır. Qalib ölkə olan Azərbaycan, təbii ki, bununla barışa bilməz. Prezidentimiz də bu barədə aydın mövqe ortaya qoydu. Həmçinin Bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ hələ ki, Ermənistan tərəfindən yubadılır, bu öhdəliyin reallaşması üçün məğlub ölkə konkret addımlar atmır. İlk növbədə, Ermənistan anlamalıdır ki, imza atdığı bu Bəyannamə onun üçün kapitulyasiya aktıdır, bunu məğlub ölkə olaraq imzalayıb və üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir. Və anlamalıdır ki, onun qarşısında qüdrətli, regionun lider dövləti Azərbaycan var. Ermənistanın rəhbərliyi tərəfindən son zamanlar səslənən status məsələsinə də dövlətimizin başçısı münasibət bildirdi. Sözsüz ki, məğlub ölkə tərəfindən statusun yenidən ortaya atılması cəhdi sadəcə gülüş doğuran məqamlardandır. Münaqişə başa çatıb, ortada nəticələr var və bu reallıqlarla barışmaq mütləqdir. Status məsələsi artıq müzakirə mövzusu deyil, yeni reallıqlar fonunda bu məsələnin ünvanı hamıya bəllidir. O ki qaldı Minsk qrupuna bu qrup uzun illər öz funksiyasını icra edə bilmədi. Hazırda isə onun məşğul ola biləcəyi iş ortadan qalxıb”, - S.Möhbalıyev əlavə edib. Вернуться назад |