Главная > Cəmiyyət > Rüfət Hacıyev: Bütün dünyaya verilən aydın mesaj
Rüfət Hacıyev: Bütün dünyaya verilən aydın mesaj3-06-2022, 09:30. Разместил: admin |
Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev - Tarixi kökü bir olan və çağdaş dövrdə planetin müxtəlif cəhətlərinə səpələnmiş türk xalqları zaman-zaman keşməkeşli olaylar yaşamalı olsalar da,etnik bağlılıq,soy mənsubluğu kimi qudsal dəyərləri unutmamışlar.Tarixin qalın səhifələrini vərəqlədikcə,xələflərinə həmişə iftixar hissi gətirə biləcək bu dəyərlərin Azərbaycan-Türkiyə münasibətlərinə daha çox aid olduğu qənaətinə gəlirik.Fərqli siyasi situasiyanın və sosial durumun olduğu dövrlərdə heç nəyə baxmayaraq iki xalq arasında olan qardaşlıq davranışları tarixin şərəfli salnaməsinə çevrilmişdir. Bu günlərdə doğma Bakımızda baş tutan”TEKNOFEST Azərbaycan”Aerokosmik və texnologiya festivalında möhtərəm prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi:”Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.” İki siyasi liderin bir araya gəldiyi belə bir yüksək səviyyəli tədbirdə səslənən bu ifadələr günümüzə qədər böyük təntənə ilə duyğulandıran möhtəşəm simfoniyanın tarixi akkordları idi... Ötən əsrin ikinci onilliyində bütün cahanda baş verən təbəddülatlar fonunda dünya iki xaq arasındakı bu bağlılığın şahidi oldu.I Cahan savaşının əsas döyüşlərindən hesab edilən Çanaqqalada minlərlə (bəzi mənbələrdə 3000) könüllü azərbaycan türkü bu keçilməz səngəri çərəflə qorumuş,onların bir çoxu qardaş yolunda qanını halal etmişdir. Sonrakı illərdə Rusiya imperiyası çökmüş və xalqımıza öz müstəqilliyini bəyan etmək səadəti nəsib olmuşdur. Lakin mənfur imperiya siyasətinin nəticəsi olaraq, nə Bakı əlimizdə idi, nə də onu azad etməyə qadir ordumuz var idi. O ağır və həyəcanlı dönəmdə qardaş ölkənin “Qafqaz İslam ordusu”adlandırılan hərbisi istiqlal aşiqi, yenilməz türk kumtanı Nuru paşanın iradəsi üzrə Bakını və beləliklə bütün Azərbaycanı bolşevik-daşnak məngənəsindən xilas etdi. Vətənin hürriyyəti yolunda 1100 osmanlı əsgəri,30-a qədər zabit şəhid oldu. Nə yazıq ki, müstəqilliyimiz uzun sürmədi. Dönəm dəyişdi və sovet kabusu,dəmir pərdə üstümüzə çökdü. Lakin o illərdə də bu ulu dostluq yolları ayrılmadı ,üzülmədi. Yenidən pərvəriş taparaq bu dəfə cümhuriyyət şəklində özünü təsdiqləyən qardaş xalqa çox çətin durumda o zamankı ali rəhbərliyimiz tərəfindən iqtisadi dəstək göstərilməsi də gözyaşardıcı fərəh idi. Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə 1933-cü ildəki çıxışında dövrün dahi şəxsiyyəti M.Kamal Atatürk demişdi: "Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük. İnam bir körpüdür, tarix bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların, tarixi köklərin bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır". Tarix bu böyük türkün dediklərini onillər sonra təsdiqlədi.Sovet rejiminin iflası və imperiyanın çöküşü fonunda qazandığımız müstəqillik illərində qədim-qayım yürdumuzu,Qarabağı itirdik.Lakin Ulu Öndər H.Əliyevin və onun layiqli davamçısı cənab İ.Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsi olaraq müdafiə qüdrrətimizi tədricən artıra bildik və bu işdə bizə yenə də qardaş Türkiyə Cümhuriyyəti,onun məğrur rəhbəri Rəcəb Tayyib Ərdoğan siyasi və mənəvi dəstək verdi.Artıq şərəfli tarixə çevrilmiş 44 günlük Vətən müharibəsi bir çox ölkələrin və xalqların hələ də tanımadığı müasir silahlar və döyüş üsulları ilə aparıldı.Bu müharibə türk silahının qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.Həqiqətən də bütün dünyaya möhtəşəm bir mesaj oldu.Və Biz qalib gəldik! Cənab Prezident festivalın açılışındakı çıxışında bu mötəbər tribunadan tədbir iştirakçılarına və əslində də bütün cahana belə səsləndi: “Keçən il iyunun 15-də – Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.” Вернуться назад |