Главная > Cəmiyyət > Bakının “Google” xəritəsindən avtobuslar niyə yığışdırıldı? - FOTO

Bakının “Google” xəritəsindən avtobuslar niyə yığışdırıldı? - FOTO


9-05-2022, 11:34. Разместил: admin
Bakının “Google” xəritəsindən avtobuslar niyə yığışdırıldı? - FOTO


Bakının “Google Maps” xəritəsindən ictimai nəqliyyat marşrutları yığışdırılıb.

 “Google Maps”də ünvana gediş üsulları seçilərkən artıq yalnız piyada, taksi və metro seçimləri görünür və avtobus seçimi olmur.

Qeyd edək ki, avtobus marşrutlarının xəritədə görünməyəcəyi ilə bağlı 1 ay öncə xəbərdarlıq edilmişdi. Belə ki, “Transit for Baku” layihəsinin iştirakçıları indiyə qədər “Google” tətbiqini könüllü olaraq bu məlumatlarla təmin etdiklərini, lakin artıq Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatları operativ şəkildə göndərmək istəmədiyi üçün martın 19-dan etibarən avtobus məlumatlarının “Google” xəritələrinə inteqrasiyasının dayandırıldığını, daha sonra isə məlumatın tamamilə yığışdırılacağını demişdi.

BNA isə məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmalar aparıldığını demişdi. Lakin nəticə olaraq sözügedən məlumatlar proqramda yer almamağa başladı.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı rəsmi açıqlama veriləcək.




Вернуться назад