Главная > Cəmiyyət > İnsanları intihar həddinə çatdıran qanunsuz şirkətləri kimlər himayə edir? - Araşdırma

İnsanları intihar həddinə çatdıran qanunsuz şirkətləri kimlər himayə edir? - Araşdırma


20-04-2022, 12:10. Разместил: admin


II hissə...

Ölkəmizdə hər gün "adına şirkət açdılar", "xəbəri olmdan 100 min manatlarla vergi borcu yarandı" kimi buna bənzər xəbərlərin şahidi oluruq. Əslində bu hadisələr barədə uzun illərdir ölkə mətbuatında müxtəlif səpkili məlumat verilir, araşdırmalar aparılır.


Aidiyyatı qurumların apardığı araşdırmaların nəticələri ilə bağlı isə hələlik heç bir ciddi nəticə yoxdur. Nə bu işbazların tapılmasının şahidiyik, nə də borclu insanların son aqibətindən xəbərdarıq. 

Bəs əslində baş verənlərin əsas səbəbi nədir və bu işbaşlar neçə işləyirlər?

Əvvəlki yazımızda ümumi məlumatla yanaşı, bu şirkətlərin necə işləməsini araşdıracağımıza söz vermişdik.

Araşdırmalar zamanı bəlli olur ki, vətəndaşların adına yazılan külli miqdarda vergi borcu əsasən ölkəyə mal idxal edən işbazların və monopolist məmurların əli ilə yaradılan "şirkət" sahiblərinə aiddir. Daha doğrusu, bu şəxslər sıradan adamlardır və kasıb təbəqənin üzvləridir. 

Prosses təxminən belə aparlır...

Belə şirkətləri yaratmaq istəyən monopolist məmurlar ətraflarına bir neçə yaxşı aldatmaq qabiliyyəti olan şəxsləri toplayaraq onlardan dost-tanışlarının, yaxın qohumlarının adına müəyyən kiçik ödənişlər edilməklə şirkətlər açılmasını istəyirlər. Bu şəxslər də, ehtiyac içərisində olan qohumlarına adına şirkət açılmasını təklif edir və müxtəlif şirinləşdirici vasitələrlə belə şirkətlər açılır, etibarnamə ilə diğər şəxslərə həvalə olunur.

Əsl müsibət bundan sonra başlayır.

Belə ki, sıradan olan vətəndaşın adına xarici ölkədən azı 1 milyon manatlıq mal xarici ölkədən gətirilir. Bu şirkətin adına vurulan mallar gömrükdə asanlıqla rəsmiləşdirilir və problemsiz buraxılır. Nəticə olaraq 1 milyonluq malın vergi ödəmələri bu şirkət sahibinin adına yazılır. Hansı ki, adına şirkət açılan şəxsin nə adına gətirilən məhsullardan xəbəri olur, nə də pul qazanır. Bu ödəmələr işbazlar tərəfindən edilməlidir ki, edilmir.

İnsanları intihar həddinə çatdıran qanunsuz şirkətləri kimlər himayə edir? - Araşdırma


Vergi borcları barədə məktubların gizlinləri...

Nəticədə vergi borcu adına şirkət olan şəxsə yazılır. Bir müddət sonra isə adına şirkət açılan şəxsin ünvanına borc barədə məktub gəlir və ödənilməsi tələb olunur. 

Bir qədər qanuni araşdırma aparsaq belə bir qənaətə gəlmək olar ki, vergi orqanı öz işini görür və borc barədə vətəndaşı məlumatlandırır və ödəməsini tələb edir. Amma burda da başqa bir əmma var. Böyük sualları ortaya çıxaran bu məqam barədə daha sonra ətraflı məlumat verəcəyik. 

Ümumiyyətlə, Azərbaycanda gömrük və vergi orqanlarının fəaliyyəti demək olar ki, qarışıq prosseslər şəkilində həyata keçirilir. Adına şirkət açılan şəxsin kimliyi araşdırılmır, bu şirkət vasitəsiilə hansı fəaliyyətin həyata keçiriləcəyi nəzarətdə saxlanılmır.

Sadəcə asanlıqla şirkət yaradırlır, milyonluq mal dövriyyəsi prossesi həyata keçirlir. Eləcə də, gömrük orqanları adına 1 milyon civarında mal vurulan şirkətin sahibinin kimliyini araşdırmır, bu şəxslərin ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarının varlığı yoxlanılmır. Çünki, bu şirkətlərin adına gətirilən yüklər onların özünündür və bundan milyonlar qazanırlar.

Qanunsuz fəaliyyət göstərən, anbarı olmayan, heç bir rusum ödəməyən, mal dövriyyəsi az göstərilən və ya heç göstərilməyən şirkətlərin malları asanlıqla ölkə ərazisinə daxil olur, sənədləşdirilir və bazara buraxılır. Bu hal belə fəaliyyət göstərən qanunsuz şirkətlərin sayının günü-gündən artması ilə nəticələnir və adınca hansısa şəxsin özünü öldürməsinə gətirib çıxarır.



Həmçinin bu hallar ölkədə qanuni işləyən, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan, işçi saxlayan, anbarı olan, bütün vergi ödəmələrini vaxtında həyata keçirən şirkətlərin çöküşü ilə nəticələnir. Belə qanunsuz şirkətlərin adına gətirilən məhsullar bazarda bolluq yaratsa da, qiymət siyasətinə, süni qiymət artımına və balansın pozulmasına gətirib çıxarır. 

Məlumata görə, qanunsuz fəaliyyət göstərən şirkətlərin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev və Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədova və diğər məmurların yaxın adamlarına məxsus olması deyilir. Belə olmasaydı bu şirkətlər asanlıqla əl-qol aça bilməzdi və onların fəaliyyətinə hansısa sərhəd qoyulardı.

İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti hələ də susur

Bu məlum işlərdə daha bir məqam Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin susqunluğudur.

Ümumyyətlə, bu qurumun işi məhz bu kimi hallara nəzarətin edilməsidir. Qurumun adından da göründüyü kimi iş idxal-ixrac əməliyyatları üzrə nəzarət...

Necə olur ki, adına 1 milyonluq mal vurulan şirkətin fəaliyyəti araşdırılmır, onun anbarı, DSMF ödəmələri nəzarətə götürülmür? Bəs bu qurum nəyə nəzarət edir? Nədən isbazların müxtəlif formada yaratdığı şirkətlər Gömrük sistemində at oynadır, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədov bunları görmür... 



Ən dəhşətlisi odur ki, ayağına 100 min manatlarla borc yazılan kasıb insanların müraciətləri heç bir qurumda araşdırılmır, etibarnamə ilə ölkəyə mal gətirən şəxslərin adı çəkilmir?

Daha böyük sual isə budur. Bu şəxslər kimlərdir və onları kim himayə edir?

Bu barədə daha ətraflı araşdırma yazısı yaxın günlərdə oxuculara təqdim olunacaq...

Ardı var...



Вернуться назад