Главная > Cəmiyyət > Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olundu - Fotolar+Video
Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olundu - Fotolar+Video25-03-2022, 12:29. Разместил: admin |
![]() Əlahiddə Ümumqoşun Orduda Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib. "Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim olunub. Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb. ![]() ![]() ![]() Вернуться назад |