Главная > Cəmiyyət > Azərbaycanda iki partiya birləşdi: “Yeni Yol” yeniliklərlə gəlir
Azərbaycanda iki partiya birləşdi: “Yeni Yol” yeniliklərlə gəlir21-01-2022, 08:30. Разместил: admin |
Bu gün Dirçəliş və Tərəqqi Partiyasının onlayn qaydada qurultayı keçirildi. Reallıq.tv xəbər verir ki, qurultayda partiyanın nizamnaməsinə müəyyən dəyişikliklər edilməsi səsə qoyularaq qəbul edilib. Qurultayda partiyanın yeni sədrin seçilməsi, nizamnamədə dəyişiklik və partiyanın adının dəyişdirilməsi muzakirə olunub səsə qoyulub. Birləşmiş partiyanın sədri Ramil Hüseynov seçilib. Nizamnamədə dəyişikliklər qəbul olunub və partiyanın adının dəyişdirilməsi ilə bağlı məsələdə səsə qoyulub və qəbul olunub. Ümumilikdə qurultay müvəffəqiyyətlə işini bitirib, seçkili orqanlara numayəndələr və Mərkəzi İdarəetmə Qurumu seçilib. Bundan sonra 1992 ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə Yeni Yol Partiyası birləşib bir adla fəaliyyət göstərəcək. Qurultayda yekdilliklə partiya sədri seçilən Ramil Hüseynovun reallıq.tv – yə verdiyi açıqlamada qeyd olunur ki, hər iki partiya bir ad altında birləşdi və partiyanın sədri özü seçilib: “İki partiyanın birləşməsi gücümüzə güc qatacaq və əminliklə ifadə edirəm ki, Partiyamız bundan sonra da xalqımızın sosial rifahının yaxşılaşmasında, dövlətimizin inkşafında öz töhvəsini verəcək. Qurultay bitdi və sənədlər Ədliyyə nazirliyinə göndəriləcək. Bəzi prosedur qaydalar bitəndən sonra fəaliyyət planımız barədə mətbuata geniş açıqlama verəcəyik. Xalqımız və bizim üçün uğurlu olsun”. Вернуться назад |