Главная > Cəmiyyət > Kafe və restoranların fəaliyyətinə nə vaxt icazə veriləcəyi açıqlandı
Kafe və restoranların fəaliyyətinə nə vaxt icazə veriləcəyi açıqlandı8-08-2020, 12:34. Разместил: admin |
17 Avqust 2020-ci il tarixindən etibarən kafe və restoranların açıq hissələrində fəaliyyətin bərba olununması, bu tarixdən bir həftə sonra da rayonlara gediş-gəlişin bərpa olunması nəzərdə tutulur. Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”,- Şahmar Mövsümov bildirib. “İnsanları evdə saxlamaq istəmirik” Şahmar Mövsümov deyib ki, İyulun 26-sı radələrində Azərbaycanda koronavirusa yoluxmada artım qeydə alınıb”. “Bu, iyulun 13-də insanların kütləvi şəkildə küçəyə çıxması, maskasız hərəkət etməsi, məsafə saxlamaması ilə izah oluna bilər. Amma artım trendi davam etməyib, bu da yəgin ki, karantin rejimi ilə bağlıdır. Bundan 2 nəticə çıxır. Kütləvi yığıncaqlarda yoluxma riski artır və karantin rejimi işə yarayır. Amma insanlar sona qədər riskləri dərk etmir. Kafe və restoranlar, mağazalar açılmasa da, insanlar bir yerdə toplaşaraq maskasız, arxayın gəzir. Bu, çox davam edə bilməz və bağlanma ilə nəticələnəcək. Biz insanları evdə saxlamaq istəmirik, istəyirik ki, hamı işləsin, təhsilinə davam etsin, amma gəlin sıxlıq yaratmayaq, maska taxaq”, - deyə o, qeyd edib. Вернуться назад |