Главная > Cəmiyyət > DYP sürücülərə müraciət edib
DYP sürücülərə müraciət edib3-12-2021, 11:10. Разместил: admin |
"3 dekabr tarixi dünyada “Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır". Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. "Əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi isə geniş mənada başa düşülən anlayışdır. Belə ki bu kateqoryadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlət yol polisinində daim diqqət mərkəzindədir. Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətinin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişin daşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərinə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik. İnkuliziv həyat tərzinin əsas göstəricilərindən biri kimi hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütəq qaydada öz tövhəsini verməklə yanaşı formalaşan yeni nəsil üçündə nümunədir. Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcədə yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik!", - o vurğulayıb. Вернуться назад |