Главная > Cəmiyyət > TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama — "Payıza qədər..."

TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama — "Payıza qədər..."


8-08-2020, 12:14. Разместил: admin
TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama — "Payıza qədər..."


"Gündəlik yolxumların azalması ilə əlaqədar tədricən yumşaldılmalara gediləcək. Ancaq bu, insanlarda arxayınlıq yaratmamalıdır”.
Bunu "Mediapost”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O, yumşaldılmaların davamlı olması üçün insanları koronavirusla bağlı göstərişlərə əməl etməyə çağırıb:

"Biz daha əvvəllər də gördük ki, insanlar arxayın olduğu zaman xəstəliyə yoluxma sayı yenidən yüksələ bilər. Bundan sonra da yumşaldılmaların tədricən olacağı bir məqamda insanlar ehtiyatı əldən verməməlidir. Əgər yenə bu, ciddiyə alınmasa, xəstələrin sayının təkrar artımı müşahidə oluna bilər”. 

Qurum rəsmisi yoluxmalarda müsbət tendensiyanın bundan sonra da davam edəcəyini bildirib:
"İnsanlar daha da ehtiyatlı olmağa başlayıblar. Artıq əhalinin böyük bir qismi yoluxub. Bu baxımdan düşünmürəm ki, bundan sonra yoluxmalar artsa belə, 500-600 civarında olsun. İndi yaşadığımız dövr qədər pik yoluxma olacağını zənn etmirəm. İnsanlar daha da ehtiyatlıdırlar və qayda-qanuna daha çox riayət edirlər. Ən azından əvvəlki dövrə baxdığımız zaman bu faiz nisbəti müsbətdir. Çünki hər kəsin ətrafında virusa yoluxan xəstəxanada yatan və təəssüf ki, bu virusdan rəhmətə gedən oldu”.

V.Əliyevin sözlərinə görə, gedişat belə olarsa, payıza doğru tədricən karantin rejimindən çıxa biləcəyik:

"Yumşaldılmalar insanların necə davranmasından asılı olacaq. Say azalmağa davam edərsə, tədricən karantin rejimindən çıxacağıq. Onsuz da sərt karantin rejimi uzun müddət davam edə bilməz. Zamanla bu azaldılacaq. Çox güman ki, müvafiq qurumlar tərəfindən vəziyyət dəyərləndirildikdən sonra rayonlararası gediş-gəlişlə bağlı qərar veriləcək. Fikrimcə, müsbət tendensiya davam edəcəyi təqdirdə payıza doğru karantin rejimindən tədricən çıxacağıq”.


Вернуться назад