Ruslan Həsənov Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib
- 4-08-2020, 23:16
- Cəmiyyət
- 0
- 327
Bu gün Azərbaycan ictimaiyyətinə böyük itki üz verib. Hər zaman özünün yüksək insani keyfiyyətləri, ağsaqqallığı və müdrikliyi ilə seçilən, sülh və əmin-amanlıq tərəfdarı olan, qəlbində böyük bir əhli-beyt sevgisi daşıyan, Qurani-kərimi gözəl bilən bir insan, Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib.
Fəttah Heydərov Azərbaycanın ictimai-siyasi həyatında daim yaxından iştirak edib, dövlətçiliyimizin inkişafı naminə ölkəmizdə görülən işlərə böyük töhfələr verib.
Rəhbərlik etdiyim saytlarımın çoxsaylı kollektivi adından və şəxsən öz adımdan görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun vəfatından kədərləndiyimizi bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Allahdan mərhuma rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm!