Azərbaycanda 4 minə yaxın iş yeri bağlanıb
- 18-08-2021, 16:00
- Cəmiyyət
- 0
- 196
2021-ci ilin birinci yarımili ərzində Azərbaycanda 3,9 min iş yeri bağlanıb.
Ölkə.az rəsmi rəqəmlərə istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 40%-i qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 38,5%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 61,5%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.