» » Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidə lövhəsi açılışıb

Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidə lövhəsi açılışıb

Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidə lövhəsi açılışıb


Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimi keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluq­çu­la­rın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış qranit abidə lövhə­sin­də Vətən Müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkil­ləri və adları həkk olunub, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, iştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin ruhuna ehtiramlarını ifadə edib, abidə lövhəsinin önünə əklil və gül dəstələri düzüblər.

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev çıxış edərək xalqımızn ədalət və haqq savaşında tarixi Zəfərinin əldə edilməsində misilsiz fədakarlıq göstərib, ölkəmizin ərazi bütövlüyü, müqəddəs sərhədlərimizin işğaldan azad olunması uğrunda canlarından keçərək bizlərə sonsuz qürur hissi yaşadan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin minnətdarlıqla yad edildiyini qeyd edib.

Tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­man­danı İlham Əliyevin rəh­bər­­liyi altında Azər­bay­can Respublika­sının Ermən­istan üzərin­də parlaq qələbəsi ilə bitmiş Vətən mühari­bəsində sərhədçilərin döyüş tap­şı­rıq­larını uğurla icra etmələri vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı İlham Əliyevin müvafiq fərman və sərən­camları ilə Anım və Zəfər günlərinin, müxtəlif orden, medal və fəxri adların təsis edil­məsi, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradıl­ma­sının şəhidlərin şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi baxımından müstəsna əhəmiyyət kəsb etməsi bildirilib.

Azərbaycan Res­pub­likası­nın Pre­zi­­denti Silahlı Qüvvə­lə­rin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan sərhədçilərinin xidmətlərinin xüsusi qiymət­ləndirilməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulanaraq müqəddəs savaşda sinələrini sipər etmiş bütün qəhrəmanların əziz xatirələrinin daim uca tutulacağı, onların şücaətinin gə­ləcək nəsillər tərəfindən xalqımızın əzmkarlıq, fədakarlıq salnaməsi kimi vəsf olunacağı qeyd edilib.

Tədbirin sonunda Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya