Sürücülərin NƏZƏRİNƏ! Bütün maşınlarda olmalıdır
- 7-07-2021, 09:54
- Cəmiyyət
- 0
- 200
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Xəzər TV xəbər verir ki, bəzi nəqliyyat vasitələrində odsöndürənin olmaması problem yaradır.
Qeyd olunub ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyir ki, bəzi sürücülər texniki baxış zamanı başqasından odsöndürən alıb gedir. Sonra isə onu sahibinə qaytarır və yanğın baş verdikdə ağır nəticələr ortaya çıxır.
Nəqliyyat vasitəsində baş verən yanğının qarşısını tez almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Satıcılar bildirirlər ki, hazırda satışda əsasən yerli istehsal olan və Çindən idxal edilən məhsullar var. Çin istehsalı olan odsöndürənlər daha ucuz olduğu üçün alıcıların çoxu ona üstünlük verirlər. Köpüklü odsöndürənlər isə qiymətinə görə alıcıları cəlb edir.
Satıcılar odsöndürənlə bağlı diqqət edilməli məqamları da sadalayıblar.
Dövlət Yol Polisi sürücüləri hər hansı cərimə gözləmədən öz təhlükəsizliklərinin qeydinə qalmağa çağırır.