» » Karantin qaydalarını pozan sürücülər cərimələnib - FOTO

Karantin qaydalarını pozan sürücülər cərimələnib - FOTO

Karantin qaydalarını pozan sürücülər cərimələnib - FOTO


Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkar edilib. Həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib.

Vətəndaşların bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemi tənzimləməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.

DYP əməkdaşları piyadalar ilə də profilaktiki söhbət apararaq, səkilərdən və piyada keçidlərindən istifadənin həm piyadaların həm də digər şəxslərin təhlükəsizliyi üçün vacib olduğu bildirilib.

Şəhərdaxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbirlər görülüb.





  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya