» » BNA reperi vəzifəyə gətirdi - FOTO

BNA reperi vəzifəyə gətirdi - FOTO

BNA reperi vəzifəyə gətirdi - FOTO


Qurd ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.
İndex.az xəbər verir ki, F. Eminova Agentlikdə Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə şöbənin rəhbəri təyin edilib.

BNA-dan bu məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, öz fəaliyyətinə 2000-ci ildə "Dəyirman" qrupunda başlayıb. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olub. 2005-ci ildə "Klan-A-Plan" qrupu yaradılıb və bu qrupun üzvü olub. "Klan-A-Plan" qrupu öz fəliyyətini 2012-ci ildə dayandırıb.
2007-2010 -cu illərdə öz rep fəaliyyətini tamamilə dayandırıb. 2010-cu ildə "Klan-A-Plan" qrupunun üzvü Rüfət Ryder rəhmətə gedəndən sonra 2010-2012 -ci illərdə öz fəaliyyətini yenidən bu qrupda davam etdirib. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasında öz məşhurluğunu qazanıb. Məşhur mahnıları “Rəqs edir hər kəs”, “Tapın Onu” , “Tək-tək” , ”Apar məni”, ”Kayfla yaşa ” , ”Tar ” , ”İlk öpüsh ” , ”Babat-babat ” , "Bana-Bana" , "Dincəleyşin" və.s .Qurd ölkənin müxtəlif bölgələrində böyük dinləyici kütləsi üçün solo konsertlər verib. Ən böyük konserti Naxçıvanda, ikinci ən böyük konserti Şəki şəhərində baş tutub – 6000 (altı min) dinləyici iştrak edib. Şəxsi Youtube kanalında 50 000 000-dan çox izlənməsi var.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya