» » Rüstəm Xəlilov: Vəhdətimizin uğurlu nəticəsi

Rüstəm Xəlilov: Vəhdətimizin uğurlu nəticəsi


Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov  - 2020-ci il tariximizdə yeni bir səhifə açıldı. 27 sentyabr 2020-ci ildə xalqımız öz torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda ayağa qalxdı və 44 gün davam edən bu döyüş dünya tarixinə bir nümunə oldu. Azərbaycan tarixində isə qızıl hərflərlə yeni və şərəfli bir səhifə kimi yazıldı.

Cənab Ali Baş Komandanımızın uğurlu siyasəti, xalqımızın orduya verdiyi yüksək mənəvi dəstək və əsgərlərimizin şücaət və igidliyi bir vəhdət təşkil etdi. Məhz bu vəhdət möhtəşəm uğuru qazanmağımıza səbəb oldu. Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.

Hamımıza məlumdur ki, müharibədən çox öncə Azərbaycan siyasi müstəvidə artıq qələbə qazanmışdı. İqtisadi sahədə əldə olunan nailiyyətlərimiz dünyanı heyran etdiyi kimi, mənfur düşmənlərimizi də məyus etmişdi. Bütün bu uğurlar məhz cənab Prezidentimiz İlham Əliyevin gərgin və əvəzolunmaz, misilsiz xidmətinin nəticəsi idi.

Bu müharibə onun əsl sərkərdəlik bacarığının bariz nümunəsi oldu. Həm qorxmaz, həm də olduqca humanist addımlar atması artıq düşmən tərəfi də heyrətə gətirmişdi. Çünki düşmənlərimizdən fərqli olaraq Azərbaycan Ordusu yalnız erməni ordusu ilə döyüşürdü. Heç bir mülki əhaliyə qarşı ordumuz müharibə aparmırdı. Zülmkarlıq qorxaqlığın əlamətidir. Azərbaycan Ordusu isə bu döyüşdə olduqca fədakarlıq göstərdi, yalnız haqq-ədalət uğrunda döyüşdü. Bu səbəbdən bizim amalımız müqəddəs bir amal idi. Cənab Ali Baş Komandannımız müharibə zamanı dəfələrlə vurğuladı ki, bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, biz sadəcə öz törpaqlarımızı düşmən işğalından azad edirik.

Torpaqlarımızın azad olunması prosesi uğurla həyata keçdi. Çünki gücümüz bizim birliyimizdə idi. Bu gücümüz günü-gündən artır. Ona görə ki, biz artıq bu birliyin, bu vəhdətin nəticəsinin şahidi olduq. Şahid olduq ki, Azərbaycan əsgəri yenilməz və hər şeyə qadirdir. Əsgərlərimizin bu müharibədə mübariz və cəsurluğu, eləcə də peşəkarlığı artıq bir sıra ölkələrin böyük marağına səbəb olub.

Azərbaycan xalqı bu müharibə zamanı dünyaya göstərdi ki, əli silah tuta bilən hər bir vətəndaşımız lazım olan anda müsəlləh Azərbaycan əsgəri olmağa hər an hazırdır. “Torpaq uğrunda ölən varsa vətəndir”. Artıq şahidik ki, bu torpağın uğrunda şəhid olmaq, “şəhidlik” zirvəsinə ucalmaq əsgərlərimizin tutduğu müqəddəs bir yol oldu.

Bu qələbə üçün şəhidlərimizin qarşısında baş əyirik, hər zaman onlar hər bir azərbaycanlının xatirəsində yaşayacaqdır. Ancaq onların ruhunun daim şad olması üçün biz öz birliyimizi qoruyub saxlamalı, gücümüzü isə artırmalıyıq.

Bütün dünya bilməlidir ki, “Azərbaycan əsgəri” torpağımız, müstəqilliyimiz uğrunda ölümün gözünə dik baxmağa bacaran vətən fədailəridir.

Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya