» » Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır

Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır



Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyası ölkədə böyük və effektiv siyasi qüvvəyə çevrilib. Heydər Əliyevin siyasi təcrübəsi, xalqa göstərdiyi xidmətləri və sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. 
Ümummilli Lider Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. Onun qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluqa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. 
Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhtandan çıxma prosesi başladı.
1993-2003–cü illər ölkənin inkşafında həlledici illər olmuşdur. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. Konstitusiya Heydər Əliyevin dövründə qəbul edildi. Azərbaycan artıq hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. 
Dövlətin milli maraqları daim qorunmalıdır. Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki , uzunmüdətli, dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun və ölkəmizin qüdrəti artsın.
Vətən müharibəsinin ilk günündən mənəvi üstünlük bizdə idi. Güclü ordumuz düşmənləri torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. 
Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi, vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.  
 

Mənəfova Vüsalə 
Salyan Peşə liseyinin müəllimi

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya