» » Bakı Nəqliyyat Agentliyinə ittihamlar əsassızdır

Bakı Nəqliyyat Agentliyinə ittihamlar əsassızdır



Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var.
Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.
Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin təlabatını təmin etməklə sosial, iqtisadi, xarici-siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır.
Ölkə prezidentinin və əhalinin daim diqqət mərkəzində olan Bakı Nəqliyyat Agentliyinin fəaliyəti də son dövrlərdə əhəmiyyətli və qlobal iş sistemi ilə əhatə olunur.
Ölkə əhalisinin ən çox toplandığı Bakı şəhərində nəqliyyat sisteminə nəzarət mövcud pandemiya şəraitinə görə gücləndirilmiş iş qrafiki ilə işləyir.
Sərnişin və yükdaşıma nəqliyyatının, şəxsi avtomobillərin hərəkətinin tənzimlənməsi istiqamətində aparılan xidmət BNA-nin hər zaman xüsusi diqqət ayırdığı fəaliyyəti çərçivəsində davam edir.
Təəssüf ki, yol nəqliyyat qaydalarına riayət etməyənlər, nəqliyyatın və əhalinin hərəkət sisteminə çətinlik yaradanlar, eyni zamanda BNA-nin fəaliyyətinə əngəl törədənlər də var. Bu da hər zaman şəhər nəqliyyat sisteminin formalaşmasına və dinamikasına yersiz, əsassız müdaxilələrlə müşayiət olunur.
Qanunsuz əməlləri ilə, bir çox narazılıqlarla daim gündəmdə olan deputat Rüfət Quliyevin Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti iə bağlı sosial şəbəkələrdə paylaşılan fikirləri ölkə ictimaiyyətinin və əhalinin geniş kütləsinin narazılığına səbəb olmuşdur.
Deputat ölkə əhalisinə BNA əməkdaşlarına hörmətlə yanaşmağı, qanunlara riayət etməyi tövsiyə etmək əvəzinə, eyni zamanda qazilərimizin proplemlərini həll etməyə çalışmaq yerinə ölkənin az məlumatlı insanları ilə dövlət orqanı arasında narazılıq və iğtişaş yaradır.
Halbuki, millət vəkillərinin vəzifəsi ölkə əhalisinin haqlı narazılıqlarının aradan qaldırılmasına, məlumatsız kütlənin haqsız iddihamlarına aydınlıq gətirməkdir.
Ölkə prezidentinin fəaliyyətinə yüksək qiymət verdiyi Bakı Nəqliyyat Agentliyinin gərgin və əhəmiyyətli iş qrafikinə əngəl törədənlərə qarşı çıxmaq, eyni zamanda nəqliyyat idarəedicilərini və sürücüləri qaydalara ciddi əməl etməyə çağırmaq hər bir vətəndaşımızın borcudur.
İmzası belə olsun: DAMM-nin müşavirliyinin rəhbəri
Aynur Baxşəliyeva

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya