» » Ələsgər Fətullayev: Xalq iqtidar birliyinə nail olmaq istəyən istənilən ölkə iqtidarı Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi fəaliyyətini öyrənməli və onun təcrübəsindən bəhrələnməlidir!

Ələsgər Fətullayev: Xalq iqtidar birliyinə nail olmaq istəyən istənilən ölkə iqtidarı Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi fəaliyyətini öyrənməli və onun təcrübəsindən bəhrələnməlidir!


Ələsgər Fətullayev - Xalq sevgisini əbədi qazanan Ölkə Başçımız Azərbaycan tarixinə qızıl hərflərlə yazılan yeni tarix yazdı. 30 illik danışıqlardan sonra beynəlxaql hüquqi aktları saymayan Ermənistana müharibə meydanında 
   Qələbənin rəmzi kimi bütün xalq Ölkə başçımızın cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi rəğbətlə qarşıladı. Bu səfər Qələbənin simvolu oldu.
   Bu səfər bir daha bütün dünyaya xalq-iqtidar birliyini nümayiş etdirdi. Səfər zamanı ölkə başçısı bölgə əhalisi böyük izdihamla qarşıladı. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin bariz nümunəsidir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını bütün dünyaya nümayiş etdirdi.
   Azərbaycan bir daha bütün dünyaya yeni birlik modeli göstərdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların siyasi həmrəyliyi bütün dünyaya analoqu olmayan siyasi birliyi nümayişi oldu.  50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.
   Azərbaycan bir daha dünyaya yeni formatda yeni birlik göstərdi. Xalq iqtidar birliyinə nail olmaq istəyən istənilən ölkə iqtidarı Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi fəaliyyətini öyrənməli və onun təcrübəsindən bəhrələnməlidir!
   Yaşasın Ali Baş Komandan!
   Yaşasın Azərbaycan Ordusu!
   Qələbə bizimdir!
   Qarabağ Azərbaycandır!

“Rahat” supermarketlər şəbəkəsi və “Regional İnkişaf” İctimai Birliyinin ordumuza birgə dəstəyi 

Sentyabrın 27-si, səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq bir aydan çoxdur ki, davam edir. Yenilməz ordumuz anbaan tarix yazamaqda davam edir.

Bu məqsədlə “Rahat” supermarketlər şəbəkəsi, “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstəyini nümayiş etdirib.

Belə ki, şirkətlər işğalda olan torpaqlarımızın geri alınması uğurunda mübarizə aparan əsgərlərimizə 1000 nəfərlik isti geyimlər, müxtəlif çeşiddə şirniyyat, çərəz və digər qida məhsulları, həmçinin, “powerbank” (istənilən yerdə enerji dəstəyi) göndərib.

Xatırladaq ki, hər zaman ordumuzun yanında olan “Rahat” supermarketlər şəbəkəsi bundan əvvəl də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100.000 manat vəsait və əsgərlərimizə iki min nəfərlik yardım payı ayırmışdı.

Bununla yanaşı, şəbəkə rəhbərliyi cəbhəyə yollanan əməkdaşlarının ailələrini ziyarət edib, onlara da dəstəyini çatdırmışdı.

“Rahat market” və “Regional İnkişaf” İctimai Birliyi tarixi dəyişən igidlərimizlə qürur duyur, onlara bol nailiyyətlər arzu edir.

Qarabağ Azərbaycandır!

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya