» » Elmin Zamanov: Xalq sevgisini əbədi qazanan Prezident

Elmin Zamanov: Xalq sevgisini əbədi qazanan Prezident


 

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov - Müzəffər Ali Baş Komandana xalq sevgisi sonsuzdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixində etdikləri səfəri izləməyən Azərbaycan vətəndaşı olmadı. Nəinki Azərbaycan vətəndaşı, bir çox ölkələrin telekanalları bu səfəri geniş işıqlandırdı.
   Xalqım sevə-sevə həmin səfərlərin şəkillərini paylaşdı, “Nə oldu Paşinyan yol çəkirdin bəs? Sən yol çəkən yerdə rəis love stori çəkdi” yazdılar. 2020-ci ilin payız ayları Azərbaycan xalqının mənəvi olaraq yeni dirçəlişinin, Müzəffər Ali Baş komandanın bizə yazatdığı böyük tarixi qələbənin yeni emosional inkişaf dövrü başladı. Bu gün o gündür ki, Ulu Öndər Heydər Əliyevin tarixi söylədi “Gün gələcək, Azərbaycan dünyaya gün kimi döğacaq”.
   Sosial şəbəkələrdə dünyanın istənilən qitəsindən Azərbaycan xalqının haqlı səsini eşidib, “Qarabağ Azərbaycandır” videoları çəkib, internetdə paylaşırlar. Azərbaycanlı olaraq bu videoları izləmək olduqca qürurverici və ən yüksək müsbət emosional fəxr etmə hissləri yaşayır insan!
   Bu gün o gündür ki, hər bir Azərbaycanlı “Fəxr edirəm ki, Azərbaycanlıyam” deyir.
   Azərbaycan xalqı pandemiya dövründə COVİD 19 infeksiyası ilə  ön cəbhədə vuruşduğu an, məkrli düşmən öz hiyləsindən əl çəkmədi.
   Düşmən ölkənin baş naziri utanmadan Qarabağa səfər edib, sərxoş vəziyyətdə rəqs edib, Qarabağ üçün planlar açıqladı.  Səfil vəziyyətdə yaşayan öz ölkəsinin xalqının inkişafı üçün plan proqramların hazırlanması əvəzinə, öz fəaliyyəti dövründə Azərbaycan xalqını qıcıqlandırmağa çalışaraq, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, bütün dünyaya bəyan etmək istədi ki, BMT-nin qətnamələrini saymıram, və işğal etdiyim torpaqlardan çıxmıram.
   Üzücü idi Azərbaycan xalqı üçün bütün bunları müşahidə etmək. Səbr kasası dolsa da, 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini gözlədi.
   30 il gözləntidən sonra 44 günlük ildırım sürətli müharibə nəticəsində Qələbə sevincini yaşadıq.
   Biz qalib gəldik!
   16 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdikləri zaman bütün dünya Qalib Prezidentə xalqın ehtiramını gördülər. Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı.
   Bu səfər zamanı Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Tarix boyu belə olub ki, xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.
   Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezidentdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə Ölkə başçımız, Prezidentimiz cənab İlham Əliyevin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.    
  Xöşbəxtəm ki, Azərbaycanlıyam! 




Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanovdur.

Binəqədi rayon MKTB-nin məqsəd və vəzifələri:
-xidməti ərazisində yerləşən binalarda mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin mühəndis texniki qurğularının saxlanması və cari təmiri
-yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrini təyinatı üzrə istifadəsinə nəzarət etmək
-xidməti ərazisinin sanitar təmizliyini tabeliyindəki sahələrin gücü ilə təmin etmək
-xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının idarə olmaqla daşınmasını təşkil etmək
-əhali və müxtəlif obyektlərdən (iaşə, kommersiya, müxtəlif dövlət və qeyri-dövlət qurumlarından) göstərilən xidmətin haqqını yığıb, aidiyyatı üzrə ödənişi yerinə yetirmək
Binəqədi rayon MKTB-nin xidməti ərazisi və binaların dislokasiyası
Birlik 61700 nəfərə xidmət etməklə, ərazisi 6, 7, 8, 9-cu mikrorayonları, Naxçıvani küçəsini, Dərnəgül yaşayış massivini, Biləcəri və Binəqədi qəsəbəsinin məhdud sahəsini əhatə edir.
Birliyin balansında 111 ədəd birmərtəbəli, 11 ədəd ikimərtəbəli, 2 ədəd üçmərtəbəli, 6 ədəd dördmərtəbəli, 86 ədəd beşmərtəbəli, 2 ədəd yeddimərtəbəli, 159 ədəd doqquzmərtəbəli, 5 ədəd onmərtəbəli, 6 ədəd on iki mərtəbəli, 7 ədəd on altı mərtəbəli və 1 ədəd on səkkiz mərtəbəli bina yerləşir.


Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elmin Zamanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elmin Zamanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. 

Sorğu apardıq ağız dolusu Elmin Zamanovdan danışdılar yaxşı ki, Elmin Zamanov Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi təyin olunub… Elmin Zamanov öz isguzarlığı ilə tanınır və seçilir….

Elmin Zamanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ona etibar edilən bütün işlərdə Elmin Zamanov özünü doğruldub. Bizdə hörmətli Elmin Zamanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya