» » Bakının bu yollarında sürət həddi endirildi

Bakının bu yollarında sürət həddi endirildi

Bakının bu yollarında sürət həddi endirildi


Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.
Bu barədə "Ölkə.Az"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meterioloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilib.

Məlumat üçün onu da qeyd edək ki, hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də bəzi istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.

Bunu nəzərə alaraq xüsusi ilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılmasının zəruridir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya