» » Bu gün xoşbəxt olmayan bir azərbaycanlı belə yox

Bu gün xoşbəxt olmayan bir azərbaycanlı belə yox


İnsanların qəlbindən keçən bütün hisslərin həddindən artıq olması ağılı başdan alır deyirlər…
Amma bu deyiliş hisslərin kütləvi halına aid deyil yəqin ki… Xüsusilə də bu hisslər arzuların həyata keçməsi, yüksək sevinc coşqusu ilə əlaqəlidirsə…
Bu gün Azərbaycan xalqının yaşadığı hisslər kimi… Hər kəs qəlbindəki hissləri hər kəsə bəyan etmək üçün yorulub əldən düşənə qədər bağırmaq istəyir.
30 ildən artıq Qarabağ həsrəti ilə yaşayanlar da, Qarabağı yalnız şəkillərdə, video-görüntülərdə görənlərin çoxu da eyni hissləri yaşayır desək, səhv etmərik.
Həsrətin sonu və qürurumuzun bərpası!
Xoşbəxtliyin ən uca zirvəsi!
Bu gün aramızda ən cılız hisslərlə yaşayanların belə bu xoşbəxtliyi yaşamamalarına inanmaq mümkün deyil.
Bu xoşbəxtliyin o cılız, zərərli hissləri məhv etməsini çox arzulayıram və buna çox inanıram.
Öz xalqının, dövlətinin mənəvi və fiziki gücünə, əməllərinə şübhə ilə yanaşmanın millətimizin bütün nümayəndələrinin dünyanı fəxrlə, başıuca gəzmək arzusu ilə müşayiət olunan xoşbəxtliklə əvəz olunması bu inamı doğuran danılmaz faktdır.
Bu xoşbəxtlik coşqusu insanların mənəvi dünyasını paklaşdırmaq, nurlandırmaq gücünə malikdir.
Və bu xoşbəxtliyə bizi qovuşduranlara olan borcumuzu da unutmamalıyıq.
Bütün mənəvi, fiziki, əqli gücünü bu qələbəyə həsr etmiş ölkə prezidentinin, onun tapşırıqlarını həyata keçirənlərin, bu yolda canını qurban edənlərin, fiziki məhdudiyyət halına düşənlərin hər birinə ömrümüzün sonuna qədər minnətdarlığımızı və lazımi, bacardığımız köməyi əsirgəməməliyik.
Bütün bunları layiqincə həyata keçirmək artıq mənəvi saflığımızın qələbəsi olacaq.
Sevinc bağırtılarımız, coşqumuz heç bir zaman əskik olmasın!
Qələbən mübarək, əziz xalqım!
Gözün aydın, Vətən!
Sənubər
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya