» » Prezidentə yazırlar: "Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik"

Prezidentə yazırlar: "Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik"

Prezidentə yazırlar: "Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik"


Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
Məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur.

Ucar rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Əmirov Tələt Əli oğlu məktubunda yazıb:

“Hörmətli cənab Prezident! Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə Qələbəyə doğru inamla addımlayır. Ucar rayonunda məskunlaşmış məcburi köçkünlər Ordumuzun hər nailiyyətinə ürəkdən sevinirlər. Artıq böyük köçə, doğma yurdlarımıza qayıtmağa hazırıq. Əziz Prezidentimiz, biz məcburi köçkünlər daim Sizinləyik, bütün qərarlarınızı dəstəkləyirik. İnşallah, Sizinlə qayıdıb abadlaşdıracağımız doğma torpaqlarda görüşərik”.

Füzuli rayonu, Qayıdış-1 qəsəbəsindən İsmayılov Ramil Əyyub oğlu, Heydərov Tehran Əbil oğlu, İbişov Taryel Kazım oğlu yazıb: “Hörmətli cənab Prezident! Uğurlarımız böyükdür, ordumuz qalibdir. Böyük Qələbə, bayrağımızın Şuşada dalğalanacağı gün uzaqda deyil. Biz Qayıdış qəsəbəsində məskunlaşmışıq. Füzuli rayonunun kəndlərinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın böyük sevincinə səbəb oldu. Bizə bu sevinci yaşatdığınıza görə Sizə və şanlı ordumuza minnətdarıq. Füzulililər fərəh və qürur içindədirlər. Allah Sizi qorusun. Yaşasın, qalib Azərbaycan!”.

Bakı şəhərindən professor, tarix elmləri doktoru, Əməkdar müəllim Quliyev Musa Nizam oğlu bildirib:
“Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan! Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə təşəkkür edirəm. Şanlı Ordumuzun iki gün ərzində qazandığı uğurlara görə Sizi qəlbən təbrik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir komandanlıq istedadınız bütün türk dünyasını valeh edib. Bizim apardığımız müharibə ədalətli müharibədir, torpaqlarımız tezliklə yağı düşməni tapdağından azad edəcəyik.Cənab Prezident, Azərbaycan xalqı, o cümlədən alimləri, ziyalıları daim Sizinlədirlər. Qarabağ Azərbaycandır! Tanrı Sizə, xalqımıza, dövlətimizə və ordumuza yar olsun”.

Abşeron rayonundan Mirnihad Həşimov Azərbaycan Ordusunun uğurlarından qürurlandığını bildirib:
“Hörmətli cənab Prezident! Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar hər bir vətəndaş kimi, məni də çox qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarix dərsliklərində əsrlər boyu öyrəniləcək. Möhtərəm Ali Baş Komandan, Sizi daim dəstəkləyir və Zati-alinizə dərin minnətdarlığımızı bildiririk. Var olun, cənab Prezident!”.

Qaradağ rayonundan Quliyeva Bahar Mahir qızı deyib:

“Cənab Ali Baş Komandan. İlk növbədə, bizə günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümü bildirirəm. İllərdir görmədiyimiz, atalarımızın, babalarımızın haqqında həsrətlə danışdıqları torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi o qədər xoşbəxt edir ki, biz “Budur, Azərbaycanın şanlı Ordusunun gücü!” deyir və qələbəyə daha da ürəkdən inanırıq. Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildirəm. Lazım olarsa, mən də son damla qanımadək Vətən yolunda, torpaq yolunda döyüşməyə hazıram. Azərbaycan gəncliyi Sizin yanınızdadır, cənab Ali Baş Komandan! Baxmayaraq ki, bu məktubu Sizə Bakıdan yazıram, əminəm, tezliklə doğma Qarabağdan - Xocalıdan yazacağam”.

Bakı şəhərindən Əməkdar elm xadimi, professor Vaqif Şadlinski qələbə sevincini Azərbaycan xalqına yaşatdığı üçün Ali Baş Komandana dərin minnətdarlığını bildirib: “Möhtərəm cənab Prezident. Xalqımızın, hər bir sadə vətəndaşın ürəyi bu tarixi günlərdə fəxrlə döyünür, hər birimiz televiziya ekranlarının qarşısında qürurla zəfər sorağındayıq. Mənfur düşmənlərimiz özləri insaniyyətə zidd ideologiyalarının qurbanına çevrilərək silahımızın gücü qarşısında aciz qalıblar. Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, gənclərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması erməni-faşist rejiminin gününü qara edib.
Əziz Prezidentimiz, Siz Azərbaycanı alınmaz qalaya, şanlı Ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Düşmən məhv edilir, qaçır. Azərbaycan əsgəri müqəddəs andına sadiq qalaraq torpağımızı azad edir. Biz qələbəni gözləyirdik, cənab Prezident! Bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan həkimləri və müəllimləri Sizin müsəlləh əsgərlərinizdir. Ali Baş Komandanımızın bizi tam qələbəyə çatdıracağına tamamilə əminik. Biz həmişə sizinləyik”.

Azərbaycan Prezidentinə Zaqatala rayonunun dindarları adından yazan Bilalov Malik Abdurahman oğlu və Musayev Rasim Əhmədiyə oğlunun məktubunda qeyd olunub:
“Cənab Prezident. Son zamanlar ölkəmizdə pandemiya və müharibə ilə bağlı verdiyiniz qərarlar, gördüyünüz tədbirlər və yürütdüyünüz uğurlu siyasətiniz sayəsində xalqımızda ruh yüksəkliyi yaratdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız da Sizin siyasətiniz, ordumuzun gücü, və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır”.

Quba rayonu, Amsar kəndindən Sərdarlı Elmin Məftun oğlu məktubunda yazıb:
“Cənab Ali Baş komandan İlham Əliyev. Sizinlə qürur duyuram. Azərbaycan xalqı Sizinlə qürur duyur, Sizin düzgün siyasətinizi alqışlayır. Mən gələcəyin jurnalisti kimi söz verir və and içirəm ki, Azərbaycanı xarici ölkələrdə tanıdacağam. Qürurla deyəcəyəm ki, “Mən fəxr edirəm ki, güclü, vüqarlı, şanlı vətənim Azərbaycanın övladıyam. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.

İmişli rayonu, Mirili kəndindən Mürsəlov Aqşin Mirzə oğlu deyib:

“Hörmətli cənab Prezident. Bu gün Azərbaycanda xalqı, Azərbaycan Ordusu vahid məqsəd, ümummilli hədəflər uğrunda mübarizədə Sizin ətrafınızda sıx birləşib. Bu birlik sayəsində Azərbaycan Ordusu mənfur düşmən üzərində qətiyyətli və tam qələbə ilə zəfər çalacaq. Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik. Allah Sizi qorusun, Ordumuza kömək olsun. Qələbə xalqımızın haqqıdır”.

Tərtər rayonu, Bəyimsarov kəndindən Rüstəmov Anar Maksim oğlu yazıb:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan. Sizin rəhbərliyinizlə ordumuz düşmən üzərində üstünlük qazanmaqda davam edir. Biz əminik ki, ordumuz tezliklə işğal altında olan torpaqlarmızı işğalçılardan təmizləyəcək və xalqımız Qarabağda, Şuşada öz milli bayramlarını qeyd edəcək. Cənab Ali Baş Komandan, qəhrəman Tərtər gənci olaraq hər an döyüşə qatılmağa hazıram”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya