"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
- 10-05-2024, 15:30
- Cəmiyyət
- 0
- 68
"Üç növ xəstəlikdən ölümə görə Azərbaycan dünyada liderdir. Onlardan biri ürək-damar xəstəliyi, ikincisi xərçəng, üçünçüsü isə şəkərdir. Onların hər üçünün kökündə çox ciddi sosial iqtisadi faktor dayanır".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən sosial problemlərin həlli zəruridir:
"Çünkü sosial problemlər insanların psixoloji durumuna birbaşa təsiredir, vəziyyətini dəyişir, nəticədə ürək-damar xəstəlikləri çoxalır. Bu gündən sonra Azərbaycan xalqının uzunömürlülər siyahısında qalmaqada davam edəcəyi sual altındadır. İndi uzunömürlülər yaşlı nəslin nümayəndələridir, onların orqanizmləri Bakı şəhərində fəaliyyət göstərən iri marketlər şəbəkəsində satılan ərzaq məhsullarının konservatları ilə zəhərlənməyib. Həmin insanlar təbii qidalarla böyüyüb və yaşlaşlblar. Bu gün isə Azərbaycanda yaşı 100 yaxın insanları tapmaq demək olar ki, mümkün deyil".
Asif Bayramov hesab edir ki, bu gün satılan ərzaqlarla qidalanma davam etsə, ərzaq təhlükəsizliyi təmin olunmasa, Bakı şəhərində yaşıllığın sayı artmasa bu mühitdə insanarın uzun ömür sürməsi imkansızdır:
"İnsanlar daha tez qocalacaq və xəstələnəcək".