» » Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi

Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi



"Gənclərin Anti-Narkomaniya" ictimai birliyi Narkotiklər üzrə Vyana QHT Komitəsinə (VNGOC) üzv qəbul edilib

Bu barədə QHT-nin sədri Büllur Məmmədova məlumat verib. Onun sözlərinə görə, ictimai birliyin tarixində baş vermiş bu mühüm hadisə təşkilatın əsas məqsədi olan gənclərimizin antinarkomaniya sahəsində maarifləndirilməsində, narkotik və narkomaniya ilə mübarizədə həyata keçirilən tədbirlərə dəstək göstərilməsində müasir bilik və təcrübə toplamağa geniş imkan yaradacaq. QHT sədri vurğulayıb ki, VNGOC-a üzv olmaqla "Gənclərin Anti-Narkomaniya" ictimai birliyi həmçinin beynəlxalq əlaqələri inkişaf etdirmək üçün fürsət qazanır. Bununla təşkilat iki və çoxtərəfli əlaqələri qurmaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin müsbət təcrübələrini ölkəmizə gətirmək imkanı qazanır. Büllur Məmmədova bildirdi ki, "Gənclərin Anti-Narkomaniya" ictimai birliyinin VNGOC-a üzv qəbul olunması təşkilatın qarşısında inkişafı baxımından böyük perspektivlər açır və bunların hər biri qiymətləndiriləcək, gənclərimizin sağlam gələcəyi naminə bütün lazımi addımlar atılacaq.



Qeyd edək ki, Vyana Qeyri-Hökumət Təşkilat Komitəsi (VNGOC) narkotik siyasətinin müəyyən edilməsində iştirak edən QHT-ləri və Vyana mərkəzli agentlikləri əlaqələndirir. 1983-cü ildə yaradılmış VNGOC mühüm hadisələrin və QHT-lərlə BMT sistemi arasında əlaqələrin asanlaşdırılmasında zəngin tarixə və təcrübəyə malikdir.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya