Peşəkar fəaliyyətin meyarı
- 4-03-2024, 13:07
- Cəmiyyət
- 0
- 100
Redaksiya olaraq bu şərəfli insan - Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fikrət Şərifovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fikrət Şərifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Fikrət Şərifov heç vaxt əqidəsindən döndərə bilməz.
Fikrət Şərifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Fikrət Şərifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Fikrət Şərifov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Fikrət Şərifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Fikrət Şərifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!
Fikrət Şərifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yeni ideologiyanın tələbi kimi müxtəlif partiyalar yaranmağa başladı. Onların hamısı dövlətçiliyin partiyası ola bilmədi. Qurucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası (YAP) dövlətə və dövlətçiliyə sədaqəti ilə, azərbaycançılığı yaşatma məramı və missiyası ilə, milli-mənəvi dəyərlərimizin cəfakeşi olduğuna görə cəmiyyətin çox böyük əksəriyyətinin ehtiramını qazana bildi. Yeni Azərbaycan Partiyası davamlı islahatları ilə də vətəndaşların siyasi düşüncələrində öz yerini tapa bildi. Bu partiya siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibətləri dəstəkləyir, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə müsbət təsir etməkdədir. Bu kimi fikirlər haqqında da partiyanın 2021-ci il mart ayının 5-də keçirilmiş VII qurultayında da ətraflı danışılmışdı. Bunlar hər bir partiya üzvünün qürurunu ifadə etmişdi.
YAP XXI əsrin partiyasıdır. İntellekt dövrünün partiyası kimi partiya üzvlərinin fərdi inkişafını təşkil edir, fərdlərin məfkurəvi vəhdətinə nail olur ki, bununla da hakim partiya kimi cəmiyyətin ideoloji baxımdan formalaşmasını təmin edir. YAP partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyəti, yoldaşlığı, qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı nəinki dəstəkləyir, həm də onun bilavasitə təbliğatçısı və təşkilatçısıdır. Qurultayda o da bildirildi ki, sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.
Deyildiyi kimi, yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin mühafizəsi və geniş tətbiqinin dəstəklənməsidir.
Elmi müddəaların tətbiqi olmadan cəmiyyət inkişaf edə bilməz. Bu tezis siyasi atmosferə də aiddir. Siyasi partiya fəaliyyətini elmi müddəalar əsasında qurmasa uzunömürlü ola bilməz, cəmiyyətin etimadını qazana bilməz. YAP birmənalı şəkildə cəmiyyətdə hakim partiyadır. Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir.
Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi qurultay oldu. Nəinki Azərbaycanın, Cənubi Qafqazın da ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq və daha böyük uğurlaq qazanacaqdır.