» » Balakəndə daş-beton bənd əsaslı təmir olunur

Balakəndə daş-beton bənd əsaslı təmir olunur

about1
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Balakən Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Balakən Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ruslan Poladovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ruslan Poladov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Balakən Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin etməklə yanaşı selə qarşı mübarizə tədbirlərini də həyata keçirir. Balakən Respublikanın sıx çay şəbəkələrinə malik olan bölgələrindən biridir. Bu çaylardan əksəriyyəti, Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbul, İnterçay və.s dağ çaylarıdır. Mövsümlə əlaqədar olaraq həmin çaylar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə yarada biləcəyi təhlükələrdən müdafiə etmək məqsədi ilə idarə məcra təmizləmə və sahil bərkitmə işlərini aparır. 2023-cü ilin 9 ayı  ərzində Balakən-1 kanalının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işləri eləcə də Katexçay çayının sağ sahilində Katex kəndini mühafizə edən daş-beton bəndinin əsaslı təmiri işləri yekunlaşıb.
Rayon ərazisində yeni beton bəndlərin tikintisi, mövcud bəndlərin təmiri və çaylarda məcra tənzimləmə işləri ətrafda olan yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə edir. Sakinlər son illər görülən işləri müsbət dəyərləndirirlər.
Hər il olduğu kimi 2023-ci ilin əvvəlindən başlayaraq ayrı-ayrı çaylarda məcra tənzimləmə işlərinin görülməsi idarə tərəfindən həyata keçirilir. Bunun üçün çaylara ağır texnikalar cəlb edilir. Bundan başqa suvarma suyununun itkisinin qarşısının alınması məqsədilə torpaq məcralı Balakən-Tuqay kanalının beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə əsaslı təmiri işləri də davam etdirilir.
 Qeyd edək ki, Balakən Suvarma Sistemləri İdarəsinin 8400 hektar suvarılan torpaq sahəsi var. Bundan 2252 hektar əkin sahəsi, 2661 hektarı həyətyanı sahə və 3487 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir, dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian quyusu, eləcə də 90 artezian quyusu ilə aparılır.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya