» » Metro bu tarixədək bağlı olacaq — RƏSMİ

Metro bu tarixədək bağlı olacaq — RƏSMİ

Metro bu tarixədək bağlı olacaq — RƏSMİ


Yeni tədris ilinin başlaması, karantin rejiminin yumşaldılmasından sonra iş yerlərinin açılması ilə ictimai nəqliyyatda yaranan hədsiz sıxlıq uzun müddətdir bağlı olan Bakı Metropoliteninin fəaliyyətə başlaması məsələsini gündəmə gətirib.
"Ölkə.Az" xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun BAKU.WS-ə verdiyi məlumatda metronun sentyabrın 15-dən fəaliyyətə başlayacağı ilə bağlı hələlik onlara rəsmi məlumat daxil olmayıb.

"Metropoliten bağlandığı gündən hər gün hazırlıq rejimində çalışır. Texnoloji proseslərə uyğun işlər aparılır. Lakin bunun sərnişindaşımanın bərpası və ya bağlı qalması ilə bağlılığı yoxdur. Nə vaxt qərar verilsə, o vaxtdan işə başlayacağıq".
Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti sentyabr ayının 30-u saat 00:00-dək uzadılıb. Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qərar sentyabr ayının 15-i saat 06:00-a kimi uzadılıb. Metropoliten sentyabrın 15-də sərnişindaşıma fəaliyyətini bərpa edəcəyi təqdirdə belə aşağıda qeyd edilən müddətlərdə sərnişinlərə xidmət göstərməyəcək:

2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək;

2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya