Abdulla Kərimov: Yenidən qurur və bərpa edirik
- 1-09-2023, 10:47
- Cəmiyyət
- 0
- 149
Şəki-Zaqatala Regional Məşğulluq filialının direktoru Abdulla Kərimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Abdulla Kərimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Abdulla Kərimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şəki-Zaqatala Regional Məşğulluq filialının direktoru Abdulla Kərimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Şəki-Zaqatala Regional Məşğulluq filialının direktoru Abdulla Kərimov - Dağlar qoynunda yerləşən, əsrarəngiz təbiəti olan Laçın rayonu 30 il etməni işğalı altında qaldı. Erməni vandalları Laçını viran qoydular, təbiətini məhv etdilər, taladılar. Lakin Laçın heç vaxt öz əzəmətini qırmadı. Laçınlılar öz doğma ocaqlarına qayıdacaqlarına olan inamlarını itirmədilər. Laçının coğrafi cəhətdən yerləşdiyi ərazi onun önəmliyini artırırdı. Qarabağı Ermənistanla birləşdirən yol da Laçın şəhərindən, Zabux və Sus kəndlərindən keçirdi. Ermənistan bu yol vasitəsilə Qarabağa silahlı dəstələr göndərir və separatçıları silah-sursatla təmin edirdi. Vətən Müharibəsində qələbəmiz nəticəsində 1 dekabr tarixində Laçın rayonu işğaldan azad edildi.
Laçın dəhlizi Laçın şəhəri, Zabux və Sus kəndlərindən keçdiyindən bu ərazilər Azərbaycanın nəzarətində deyildi. Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Qarabağdan Ermənistana gedən başqa yol inşa edildi, Laçın şəhəri Zabux və Sus kəndləri də daxil olmaqla Azərbaycanın nəzarətinə keçdi. 2023-cü ilin may ayının 28-dən başlayaraq laçınlılar öz doğma yurd yerlərinə qayıtmağa başlayıblar. Prezident İlham Əliyev 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak etdi. Ölkə başçımız tədbirdə çıxış etdi və buraya köçürülən sakinlərlə səmimi söhbət etdi. Bu görüşdə laçınlıların sevincinin yerə göyə sığmadığının və Prezident İlham Əliyevi sevdiklərinin şahidi olduq. Prezident İlham Əliyevi tək laçınlılar deyil, dünyada yaşayan bütün azərbaycanlılar sevir və ona inanır. Ali Baş Komandan Prezident cənab İlham Əliyev 30 il işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, dünyada yaşayan bütün azərbaycanlıların qürurunu özünə qaytardı. Hər zaman olduğu kimi bu gün də xalq öz Prezidentinin, liderinin ətrafında birləşərək işğaldan azad edilmiş bütün ərazilərimizi yenidən qurur, bərpa edir. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərimizin yaşaması, işləməsi üçün hər cür şərait yaradılıb. Burada inşa edilən məktəblər, xəstəxanalar, sosial obyektlər, müasir, dünya standartlarına uyğun tikilib. 30 il ermənilər ərazilərimizi tamamilə viran qoymuşdular. Özlərini yazıq, məzlum adlandıran ermənilər şəhər və kəndlərimizin evlərinin daşlarını belə söküb Ermənistana daşımışdılar. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Çox təəssüf ki, heç kim erməniləri dayandırmırdı, işğala, talançılığa son qoymalarını tələb etmirdi. Azərbaycan xalqı isə qurub yaradan zəhmətkeş xalqdır. Bu gün biz Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Ermənistana havadarlıq edən ölkələrin rəhbərləri, nümayəndələri, xüsusən Fransa Prezidenti Makron Qarabağa, Şərqi Zəngəzura gəlib Azərbaycan xalqının qurub yaratdığı xariqələri öz gözləri ilə görsün. Görəndən sonra ermənilərlə azərbaycanlılar arasında fərqi anlayacaqlar. Əslində Makron və digərləri bütün bunları görür və anlayırlar. Sadəcə onlar öz neokolonializm siyasətlərindən əl çəkə bilmirlər. Onlar bu regionda liderlik etmək niyyətindədirlər. Bu "siyasətçilərin" arzuları heç vaxt reallaşmayacaq, üzü qara geri dönəcəklər. Çünki Cənubi Qafqazda İlham Əliyev kimi lider şəxsiyyət var.