» » Qoşqar Yaqubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Qoşqar Yaqubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqi rəsmi internet saytı  - Atiahi.org

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi TİAHİ Qazax rayon komitəsinin sədri Qoşqar Yaqubovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

TİAHİ Qazax rayon komitəsinin sədri Qoşqar Yaqubov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qoşqar Yaqubovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qoşqar Yaqubov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, TİAHİ Qazax rayon komitəsinin sədri Qoşqar Yaqubova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, TİAHİ Qazax rayon komitəsinin sədri Qoşqar Yaqubovdur.

TİAHİ Qazax rayon komitəsinin sədri Qoşqar Yaqubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qoşqar Yaqubov bu işin müqəddəsliyini qoruyub saxlayır. Qoşqar Yaqubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qoşqar Yaqubov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Qoşqar Yaqubov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Qoşqar Yaqubov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Qoşqar Yaqubov özünü doğruldub. Bizdə hörmətli Qoşqar Yaqubovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

TİAHİ Qazax rayon komitəsinin sədri Qoşqar Yaqubov - “Son 20 ilə yaxın dövrün iqtisadi uğurlarına diqqət yetirdikdə dayanıqlı inkişafın təmin edilməsində regionların payının ildən-ilə artdığını böyük əminliklə qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!”, həmçinin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışları artıq reallıqdır.      Regionların inkişafı sahəsində qəbul edilən  və uğurla həyata keçirilən Dövlət Proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına,  nəticədə  əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına stimul oldu. Artıq cari ildə sayca dördüncü Dövlət Proqramının icrası başa çatır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənən zaman 2004-2018-ci illərdə  üç sənədin icra olunması nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək regionların inkişafının qarşıdakı dövrdə də inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyuldu. Dördüncü Dövlət proqramının icra olunduğu  2019-2023-cü illərə nəzər salsaq görərik ki, bu mərhələ dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması və son iki ildən artıqdır ki,  işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə edilir. Ölkəmizdə iqtisadi islahatlar daha da dərinləşdirildi, heç bir sosial layihə təxirə salınmadı. Təbii ki, bu, ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasına, iqtisadi müstəqilliyin təmin edilməsi ilə siyasi mövqeyimizin  möhkəmlənməsinə  əsaslanır.”

Qoşqar Yaqubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


 Ümummilli Lider Heydər Əliyevin  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm  verməsi bu günümüzə hesablanmış mühüm addım oldu: “Azərbaycan bu gün neft  strategiyasının uğurlarını yaşayır. Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı olaraq sürətlə inkişaf etdirilir. Neft-qaz  gəlirlərindən əldə edilən vəsaitlərin ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yönəldilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında, təkmil inkişaf modelinin nümunə göstərilməsində stimulverici amildir. Keçilən yol bu reallığı təsdiqləyir ki, hər bir ölkənin dayanıqlı inkişafı  iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizlə yanaşı,  bütün regionların inkişafının diqqətdə saxlanılması, yeniləşməsi, təkmilləşməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması və bu proseslə paralel şəkildə soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası, həmçinin soydaşlarımızın qayıdışı Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir. Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir.”



Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibi və mahiyyəti  ümumilikdə regionlarımızın inkişaf mənzərəsini nümayiş etdirir: “Bu səfər  dövlətimizin başçısının 2021-ci ildə təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına doğru atılan addımların tərkib hissəsidir.  Milli Prioritetlər işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla  bütün bölgələrimizin gələcək inkişafı üçün yol xəritəsidir. Digər Dövlət proqramlarında olduğu kimi, Milli Prioritetlərdə də   uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq mühüm  vəzifə kimi qeyd edilir. Son 20 ilə yaxın dövrdə bölgələrdə   inkişafın paytaxtla tarazlaşdırılması üçün  zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi bir daha vətəndaş amilinin  dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. Cənab İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.”

Qoşqar Yaqubov böyük qürur hissi ilə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə və soydaşlarımızın Böyük Qayıdış proqramı çərçivəsində dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışına yönəldib: “Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinə, Laçın şəhərinə qayıdışın davamı olaraq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə, avqustun 7-də isə Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Mərhələli şəkildə həyata keçirilən bu qayıdış həm ölkəmizin iqtisadi inkişafının, həm də xalqımızın qurucu xalq olduğunun, ən əsası bu torpaqların sahibinin biz olduğumuzun dünyaya təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarda müasir tələblərə uyğun şərait yaradılır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bütün planlar nəzərdə tutulduğu vaxtdan əvvəl həyata keçirilir.”


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya