“Fürsətləri qaçırma, Rahat yaşa”
- 20-07-2023, 10:34
- Cəmiyyət
- 0
- 199
"RAHAT" supermarketlər şəbəkəsi 2009 - cu ilin may ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlamışdır. Biznes fəaliyyətinə "RAHAT" ticarət markası ilə başlayan şəbəkə 2009-cu ilin may ayında özünün ilk layihəsini reallaşdırmışdır. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa bir zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olmuşdur. Hal-hazırda Bakı şəhərinin müxtəlif nöqtələrində "RAHAT" brendi altında 84 market fəaliyyət göstərir. Müştərilərinə yüksək səviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidir. Niyə məhz “Rahat” market? Cavab sadədir – “Rahat” market yanınızdadır, “Rahat” marketdə qiymətlər münasibdir, məhsullarımızın çeşidi geniş və müxtəlifdir, müştərilər üçün böyük endirim və hədiyyə günləri, müxtəlif lotereya və maraqlı aksiyalar keçirilir. Biz hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışırıq. Buna görə də biz bütün müştərilərimizin iradlarını dinləyib ən qısa zamanda yaranan problemləri həll etməyə, həmçinin onların təkliflərini müzakirə edib həyata keçirməyə hazırıq.
Şüarımız “Fürsətləri qaçırma, Rahat yaşa”
“Rahat” supermarketlərin də daxil olduğu "ANC GROUP" MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "ANC Group" -nin direktoru Samir Abdullayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
"ANC Group" -nin direktoru Samir Abdullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Samir Abdullayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Samir Abdullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "ANC Group" -nin direktoru Samir Abdullayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
"ANC Group" -nin direktoru Samir Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Samir Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Samir Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Samir Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Samir Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Samir Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "ANC Group" -nin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Samir Abdullayev özünü doğruldub. Bizdə hörmətli Samir Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.