» » Erməni saxtakarlığı: Ayvazovski kimdir?

Erməni saxtakarlığı: Ayvazovski kimdir?



Vaqif Şadlinski,
 Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor,
 ATU-nun İnsan anatomiyası kafedrasının müdiri
 


Dünya tarixində “erməni məkri” adlı anlayışın daşıyıcıları olan, xüsusi hiyləgərliyi, qəddarlığı, saxta təxəyyülləri ilə tanınan qəddar qonşumuz zaman-zaman ərazi iddiaları ilə yanaşı, xalqımızın keçmişini özündə yaşadan yüzlərlə tarixi yer adlarının, abidələrin, mədəni-məişət nümunələrinin adlarının dəyişdirilərək erməniləşdirilməsinə saysız-hesabsız cəhdlər etmiş və bu gün də azğın siyasətini davam etdirməkdədir.
  Erməni xislətinin sərhədləri bununla bitmir, onlar vaxtilə digər ölkələrdə yaşamış və fəaliyyət göstərmiş bir sıra tarixi şəxsiyyətləri, elm, incəsənət xadimlərini də özünküləşdirməyə, erməniləşdirməyə cəhdlər etmişlər. Belə nümunələrdən biri də məşhur rəssam Ayvazovski ilə bağlıdır.

Bəs, əslində Ayvazovski kimdir?
   İvan Konstantinoviç Ayvazovski 1817-ci il  iyul ayının 17-də Krımın cənub sahilində yerləşən Feodosiya şəhərində anadan olmuşdur. Ayvazovskinin sələfləri Türk təbəələri, Quran ardıcılları olmuşlar. Rəssamın mərhum atası Ayvazovskiyə danışmışdı ki, Azovun alınması zamanı (1696-cı il iyulun 18-də) onun əmisi az qala müharibənin qurbanına çevriləcəkdi, lakin əsgərlərdən biri tərəfindən qaçılmaz ölümdən xilas olunmuşdu. Eyni bir məsələni İvan Konstantinoviçə qrafinya Antonina Dmitriyevna Bludova da təsdiqləmişdi. Qrafinya qədim bir kitabda Ayvazovskilər ailəsinin tarixçəsində belə bir epizod olduğuna dair məlumat vermişdi. Ayvazovskinin türk mənşəli olduğu barədə danışarkən qrafinya qeyd etmişdi ki, “Müsəlman şərqi  Rusiyaya olan bütün nifrətinə baxmayaraq, bu ölkəyə iki şairi - Jukovskini, Puşkini və bir rəssamı - Ayvazovskini vermişdir. Beləliklə, Ayvazovskinin damarlarında türk qanı axırdı. Halbuki bizdə onu xalis erməni hesab etmək qəbul olunmuşdur”.
   Öz mənşəyi barədə İ.K.Ayvazovski aşağıdakı maraqlı təfərrüatları xatırlayırdı: “Mən Feodosiyada 1817-ci ildə anadan olmuşam. Lakin mənim əcdadlarımın, atamın vətəni uzaqda idi, Rusiyada deyildi. Kim fikirləşə bilərdi ki, müharibə - bu hər şeyi məhv edən bəla, mənim həyatımın qorunmasına və dünya işığını görməyimin və doğulmağımın məhz Rusiyada və çox sevdiyim Qara dənizin sahilində olmağına xidmət edəcəkdi. Əslində isə hər şey belə olmuşdu. 1770-ci ildə Rumyantsevin başçılığı altında rus ordusu Benderi mühasirəyə aldı. Qala alındı, kəskin müqavimət və yoldaşlarının ölümündən qəzəblənmiş rus əsgərləri şəhərə səpələnərək, yalnız qisas yanğısına qulaq asıb insanların nə cinsinə, nə də yaşına görə aman vermədilər”.

Erməni saxtakarlığı: Ayvazovski kimdir?
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya