» » Dilarə Mövlayeva: Zəfərə verilmiş səs

Dilarə Mövlayeva: Zəfərə verilmiş səs



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva - Ümummilli lider Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixində xalqa müraciətində deyirdi "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycan xalqı 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev ilk gündən ümummilli lider Heydər Əliyev siyasi xəttini zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirməyə başladı. Məhz 2003-cü ildən müstəqil Azərbaycanın yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev  seçki öncəsi xalqa verdiyi bütün vədləri bir-bir yerinə yetirməklə qısa müddət ərzində ona göstərilən etimadı doğrultdu.

Bunun məntiqi nəticəsi olaraq 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində də müdrük, uzaqgörən Azərbaycan xalqı cənab İlham Əliyevə səs verərək onu yenidən Prezident seçdi. Xalqımız bir daha Ulu öndər siyasi xəttinə sadiqliyini nümayiş etdirdi. Eyni zamanda, bu, qədirbilən Azərbaycan xalqının Prezident İlham Əliyevin gördüyü misilsiz işlərə verdiyi qiymət idi.

11 aprel 2018-ci il ilin növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Bu seçkilərdən sonra  Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, əsaslı addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı.

Azərbaycan xalqının iradəsini özündə əks etdirən 11 aprel 2018-ci il Prezident seçkiləri  tam şəffaf və demokratik qaydada keçirildi. Seçkiləri izləyən beynəlxalq və yerli müşahidəcilər də seçkilərin olduqca ədalətli və azad keçdiyini, seçki prosesində heç bir qanun pozuntusunun olmadığını bəyan etmişlər.

Bu bir reallıqdır ki, 2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş dövrü kimi daxil olub. 2003-2018-ci illərdə  xalqa verilən bütün vədlər yerinə yetirlmişdir. Prezident İlham Əliyevin zamanın tələblərinə uygun olaraq davam etdirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artmış, Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. Bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin etmiş, insanların sosial rifah halını yaxşılaşdırmışdır. Yaradılan yeni iş yerləri sayəsində ölkədə işsizliyin səviyyəsi 5 faizə, həyata keçirilən sosial siyasət nəticəsində isə yoxsulluğun səviyyəsi 5,4 faizə enmişdir.  Bu  illər ərzində ölkədə maaşların təxminən 7 dəfə, pensiyaların isə 10 dəfədən çox artmışdır.

Dövlət başçımız seçkidən sonra xalqa müraciətində bildirmişdir ki, “Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir”

Bəli, müdrük Azərbaycan xalqı 11 aprel 2018-ci il növbədənkənar prezident  seçkilərində də bir daha ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqliyini isbatlamaqla yanaşı, 2003-cü ildən etibarən ölkədə görülmüş işlərə, aparılan demokratik islahatlara, eyni zamanda, ölkənin xoşbəxt gələcəyinə, bir sözlə, Zəfərə səs vermiş oldu.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya